Maliyyə nazirliyinin 18 saylı Beyləqan Regonal Xəzinədarlıq idarəsində baş verən mənfi hallara nazir müavini Azər Bayramov niyə göz yumur?! -
Azər Bayramovun adamı 18 saylı xəzinadarlıq idarəsinin rəisi yerli idarə, müəssisə və təşkilatlara "racon kəsib"
Xəzinədarlığın vəzifələri–dövlət büdcəsinin layihəsinin hazırlanmasından;–dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilindən;–büdcə və büdcədənkənar daxilolmaların mədaxil edilməsi, bölüşdürülməsi və qaytarıiması əməliyyatlarının həyata keçirilməsindən;–dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinin həyata keçirilməsindən;–dövlət büdcəsi vəsaitlərinin idarə edilməsindən;–büdcə xərclərinin kassa icrasının yerinə yetirilməsindən;–büdcə kəsirinin örtülməsi üçün maliyyələşmə mənbələrindən istifadə edilməsindən;-büdcə təşkilatlarının gəlir və xərclərinin kassa icrasının həyata keçirilməsindən;-xəzinə işlərinin icra vəziyyətinin yoxlanılmasından ibarətdir.
Xəzinədarlığın funksiyalarına–Baş dövlət xəzinədarlığının hesablan üzrə əməliyyatların həyata keçirilməsi və onların uçotunun təşkili; müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş xərclərin, o cümlədən məqsədli büdcə fondlarını xərclərinin icrasının təmin edilməsi; dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanması və qarşılıqlı hesablaşmaların həyata keçirilməsi; Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıqlar arasında maliyyə resurslarının və pul vəsaitlərinin hərəkətinə nəzarət; dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi; büdcə və büdcədənkənar fondların gəlir və xərclərinin icrasına dair hesabat məlumatlarının müvafiq büdcə təşkilatları ilə dövrü olaraq üzləşdirilməsindən ibarətdir.
Ancaq Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Beyləqanda yerləşən 18 saylı Regional xəzinədarlıq idarəsinin rəisi Zaur Aslanov öz vəzifə funksiyalarını yalnız büdcədən maliyələşən yerli idarə, müəssisə və təşkilatlara “racon kəsməkdə” görür. Beyləqan da daxil olmaqla 5 rayona (Füzuli, Ağcabədi, İmişli, Xocavənd) nəzarət etməklə vəzifələndirilmiş Zaur Aslanov daha əvvəl işlədiyi Füzuli rayon Maliyə İdarəsinin rəisi vəzifəsində çalışanda da yaxşı reputasiya malik olmayıb. Hətta Zaur Aslanov bir nəfər şəxslə Beyləqanda söhbət edərkən, iddialı və özünə sığışmayan adam kimi, onun Füzulinin icra başçısı Alı Alıyevlə yox, icra başçısının onunla işlədiyini vurğulayıb. Xəzinədarlıq sistemi maliyyə nazirinin birinci müavini Azər Bayramovun kurasiyasında olduğundan, Zaur Aslanov özünü cəmiyyətə hər vəchlə məhz Azər Bayramovun yaxın adamı kimi təqdim edir. Əslində isə o, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin müavini, Füzuli rayonundan olan Rafiq Aslanovun qardaşı oğludur və Füzulidə maliyyə rəisi işlədiyi vaxt bu qohumluq amilindən geni-bol yararlanıb.
RealMedia.az-ın redaksiyasına daxil olan informasiyaya görə, Zaur Aslanovun büdcə təşkilatları qarşısında qoyduğu korruptiv tələblər artıq bütün hədləri aşıb, heç bir çərçivəyə sığmır. Bildirilir ki, Zaur Aslanov 5 rayonun büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarına ayrılan pulu onlara faizlə satır. Təmir-tikinti, abadlıq işləri, ehtiyat hissələrinin, yanacaq və sürtgü materiallarının, inventar və avadanlıqların alınmasına, uşaq bağçalarına ayrılan pulları almaq üçün mütləq Zaur Aslanovun olmayan “bığının altından” keçməlisən. İş gördürən, xidmətlərdən istifadə edən büdcə təşkilatları elan etdikləri tender və kotirovka sorğularında qalib çıxan firmalara pul köçürmək üçün Zaurun qanunsuz şərtlərinə mütləq boyun əyirlər. Yoxsa, o, işi pozmaq üçün, necə olur-olsun, “səbəb” tapıb, “qırmızı xətt” qoya bilər. Görünür, belə səbəblər çoxdur ki, adları çəkilən rayonların icra başçıları belə bu oturuşmuş korrupsiya mexanizmini pozmağa cəsarət etmirlər. Çünki çox vaxt qabaqcadan razılaşdırılmış tender sövdələşmələrinin əsas təklifi, məhz icra başçıları özləri edir. İş o yerə çatıb ki, büdcə vəsaitlərinin yönəldiləcəyi təyinatından kənar xərclər, mənimsənilməyə hesablanmış bütün məbləğ Zaur Aslanovla öncədən razılaşdırılır. Bu məsələni açıq alver predmetinə çevirən xəzinədar, hətta telefonda bazarlıq etməkdən belə çəkinmir. Beş rayonun tşıkilatlarının maliyyəsinin boğazına çökmüş Zaur Aslanovun fəaliyyəti ciddi yoxlanılsa, məsuliyyətdən yaxa qurtara bilməyəcəyi və arxasında duran havadarının da kürsüsünün laxlayacağı şəksizdir.
RealMedia.az saytının baş redaktoru
RAMİN MƏHƏMMƏDOĞLU