Rus sərhədçilərinin statusu genişləndirilir

Rus sərhədçilərinin statusu genişləndirilir
 

Armenianreport.com saytı yazır ki, Ermənistan-Azərbaycan sərhədinin problemli ərazilərində Rusiya sərhədçilərinin iştirakının genişləndirilməsinə dair əsaslı müzakirələr davam edir. Gələn məlumata görə, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bunu 7 iyulda jurnalistlərə verdiyi müsahibəsində bildirib. Diplomat qeyd edib ki, Ermənistan Baş naziri Ermənistan Azərbaycan qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsindən çıxarılması beynəlxalq müşahidəçilərin oraya yerləşdirilməsi barədə təklif irəli sürüb: “Bu məsələlərlə bağlı əsaslı məsləhətləşmələr aparılır, problem praktiki baxımdan da müzakirə olunur. Müvafiq qərarlar qəbul edildikdə bizə məlumat veriləcək. Bildiyiniz kimi, Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində yerləşdirilməsi həm sərhəddəki vəziyyətin sabitləşməsinə kömək edir, həm yerli əhalinin özlərini daha rahat təhlükəsiz hiss etməsinə şərait yaradır. Bu mövcudluğu necə genişləndirmək barədə müzakirələr davam edir. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin edilməsi məqsədi güdür bu məsələ üçtərəfli səviyyədə əldə olunmuş razılaşmaların yerinə yetirilməsi maraqlarından çıxış edilərək həll olunacaq”.

Xatırladaq ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının 27 may tarixli fövqəladə iclasında beynəlxalq ictimaiyyətə sərhəddəki gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədinin Sotk-Xoznavar hissəsindən Azərbaycan Ermənistan silahlı qüvvələrinin bölmələrini çıxarılması orada Rusiyanı ya ATƏT-in Minsk Qrupunun həmsədrlərini təmsil edən ölkələrin beynəlxalq müşahidəçilərini yerləşdirməyi təklif edib.

Akif

0.015277862548828