Erməni təcavüzü yalnız işğalla, talanla bitmir
Qarabağda Azərbaycan xalqının mədəni irsi məhv edilib
Dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, əhalisi Azərbaycandakı qədər rəngarəng dini inanclara və milli mənsubiyyətə malik olsun. Azərbaycan xalqı, yalnız bir monoetnik dövlətlə - Ermənistanla münaqişə vəziyyətindədir. Bu münaqişənin həlli üçün Azərbaycan otuz il səbr etdi ki, bəlkə ermənilər daşı ətəyindən töküb, sülh yolu ilə işğal etdiyi torpaqlardan çıxarlar. Lakin, təəssüflər olsun ki, Ermənistan dövləti ona verilən şansı dəyərləndirə bilmədi və sonda 44 günlük müharibə ilə Müzəffər Azərbaycan Ordusu erməni işğalı altında olan torpaqlarımızı azad etdi.
Multikulturalizmin nəzəri əsasları baxımından da Azərbaycan və Ermənistan arasında münasibətlərin normal məcrada inkişaf etməməsi anlaşılandır. Çünki Azərbaycan çoxmillətli və çoxkonfesiyalı, tolerant bir dövlət olduğu halda, Ermənistan monoetnik və monokonfesiyalı, millətçi və şovinist bir dövlətdir. Müstəqilliyə qovuşduğu otuz il ərzində Ermənistan cəmiyyəti, yalnız bir ideyaya xidmət edib - "Ermənistan yalnız ermənilər üçündür!". Bu isə açıq-aşkar şövnizm deməkdir. Hazırda Ermənistanda nəinki digər xalqlar, Ermənistan dövlətinin yaranmasında və yaşamasında bilavasitə danılmaz rolu olan rusların belə, yaşaması qeyri-mümkündür. Ona görə ki, ermənilar son illərdə Ermənistanı ruslardan da təmizləmək qərarına gəliblər.
Xalqımızın Qarabağ müharibəsində qələbə qazanması və qədim torpaqlarını erməni işğalından azad etməsindən sonra dünyanın bir sıra liderləri, həmçinin elm, mədəniyyət və incəsənət xadimləri vətənimizin ərazisində yerləşən xristian məbədlərinin taleyi haqqında öz narahatlıqlarını ifadə etdilər. Lakin onlar erməni işğalçılarının Qarabağdakı müsəlman məscidlərinə, xalqımızın memarlıq və arxitektura irsinə barbarcasına davrandığını dilə gətirmədilər. Xristian məbədləri üçün narahat olan xristian əsilli liderlər, nədənsə Azərbaycanda muzey və kitabxanaların talan edilməsini, minillik abidələrin dağıdılmasını, işğal olunmuş ərazilərdə xristian məbədlərinin erməniləşdirilməsini isə heç dillərinə belə dətirmirlər. Eyni zamanda onlar öz din qardaşları olan - xristian erməniləri başa salmaqda həvəsli görünmürlər ki, harda xaç görsəniz, bu o demək deyil ki, onların hamısı ermənilərə aiddir. Azərbaycanın Şimal bölcəsində xristian-türk dövləti olan Albaniya mövcud olanda dünyada erməni xalqı haqqında düşüncələr belə, yox idi. İkincisi, tarix göstərir ki, ermənilər qafqazlı deyil, onlar Qafqazda iki əsir əvvəl rusların biləvasitə dəsləyi və yardımı ilə məskunlaşıblar. Bununla belə, Azərbaycan xalqı və dövləti ərazidə ermənilərin yaşamaq haqqını tanıyıb, dövlət qurmaq üçün onlara paytaxt İrəvanı, Zəngəzur vilayətini və Dərələyəz mahalını ərmağan edib. Bunun qarşılığında ermənilər Azərbaycan xalqının tolerantlığından istifadə edərək ona xəyanət etdi və arxadan kürəyinə «xəncər vurdu». Amma, gördüyünüz kimi, dünya hələ də "haqlı güclüdür" prinsipini deyil, "güclü haqlıdır" prinsipini müdafiə edir. Həmin siyasətçilər və ictimai xadimlər Azərbaycan cəmiyyətində bütün etnoslara, inanclara və mədəniyyətlərə qarşı tolerantlığın ən yüksək səviyyədə olduğunu etiraf etməklə yanaşı, işğalçı ermənilərin olmayan, saxta mədəniyyət abidələrinə görə də, narahat olduqlarını dilə gətirirlər.
Onlar unudurlar ki, Azərbaycan xalqı dünyada unikal multukulturalizm təcrübəsinə malikdir. Həmin təcrübəni xalqımız hələ multikulturalizm ifadəsinin yaranmasından çox-çox əvvəl, əsrlər boyu toplayıb və zənginləşdirib. Bunu sübut etmək üçün uzun-uzadı araşdırmalar aparmağa ehtiyac yoxdur, sadəcə olaraq Azərbaycan şifahi xalq ədəbiyyatı, dastanları və digər mənəvi irsi ilə tanış olmaq kifayətdir. Məsələn, dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xəmsə»yə daxil olan poemalarından birinin adını çəkmək kifayətdir - "Yeddi gözəl". "Yeddi gözəl" poemasında Nizami Gəncəvi nəql etdiyi rəfayətlərin hər birini bir xalqın nümayəndəsinin dilindən səsləndirir. Məsələn "Xeyir və Şər" rəvayətini şair çin qızının dilindən söyləyir. Bu da səbəbsiz deyil, çünki həmin vaxt çin xalqı heç bir dini qəbul etmirdi. Elə bu səbəbdən də, o zaman, müsəlmanlar arasında belə bir atalar sözü də formalaşıb - "Elm dalınca Çinə də getmək olar".
Digər tərəfdən, 19-cu əsrin ortalarında Bakı azsaylı əhalisi olan monoetnik bir şəhər olub. Təxminən əlli il sonra Abşeronda neft sənayesinin genişlənməsi, Bakı neftinin dünya bazarına çıxarılması, şəhərdə çoxsaylı zavod, fabrik və bankların açılması, Bakı-Tiflis dəmir yolunun çəkilməsi, xaricdən yarmadaya işçi qüvvəsinin axınına səbəb olub. Elə o dövrdən başlayaraq, qonşu İran və Rusiyanın ayrı-ayrı bölgələri ilə yanaşı Avropanın müxtəlif ölkələrindən də Bakıya axışan insanlar burada təkcə iş yerləri deyil, Xəzərin sahilində özlərinin ikinci vətənini əldə ediblər. Bütün dünya ölkələrində yəhudilər əksər hallarda "getto"larda - xüsusi məhəllələrdə yaşayıblar, bu günün özündə də yaşayırlar. Amma Bakıda milli və dini müstəvidə bu kimi ayrı-seçkilik halları heç bir vaxt olmayıb. Belə məhəllələr günümüzün özündə belə, Avropanın bir çox paytaxt şəhərlərində mövcuddur və o cümlədən, Yaxın Şərqdən gələn miqrantların məskunlaşdıqları həmin məhəllələr daim ictimai asayiş üçün təhlükə mənbəyi sayılır. Nəinki Avropa, hətta üç dinin müqəddəs şəhəri, hazırda isə İsrail dövlətinin paytaxtı olan Qüdsdə də belə məhəllələr var. İndi isə XIX əsr deyil, artıq XXI yüzillikdir.
Azərbaycanda qeyri-islam mədəniyyətinə münasibətin bariz nümunələri ortadadır: Qafqazda və bütün dünyada ən qədim məbədlərdən biri sayılan IV-V əsrlərə aid olan Şəkinin Kiş kəndində yerləşən Alban kilsəsi əsaslı təmir edilib, kilsə həm də müzey kimi fəaliyyət göstərir. Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adına Alban kilsəsində əsaslı təmir-bərpa işləri aparılıb, ötən əsrin əvvəllərində Azərbaycan milyonçusu və messenatı Hacı Zeynalabdin Tağıyevin ianə etdiyi vəsaitlə inşa edilən Müqəddəs Mürdaşıyan Zənənlər kilsəsi əsaslı bərpa olunub (Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi tərəfindən bu məbədə baş kafedral kilsə statusu verilib). Qərbi Avropanın ən iri sinaqoqlarından biri sayılan yeni yəhudi sinaqoq istifadəyə verilib (bu məbədin inşasında xarici yəhudi təşkilatları, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edib; müsəlmanların və xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və bu işə köməklik göstərməsi dünyada görünməmiş hadisə hesab olunur). Paytaxt Bakıda Müqəddəs Bakirə Məryəm Katolik kilsəsi açılıb. Bakıda və Şəmkirdə Alman Lüteran kilsələrinin bərpası və əsaslı təmiri başa çatdırılıb. Bakının Suraxanı kəndində müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilən "Atəşgah" Dövlət Tarix-Memarlıq Qoruğu əsaslı təmir edilib. Qubada yəhudi muzeyi inşa edilib. Göygöldə almanların Azərbaycana köçürülməsinin 200-illiyi münasibətilə Alman kolonistləri muzeyi yaradılıb və s. Bu siyahını kifəyət qədər uzada da bilərik, çünki onların sayı-hesabı yoxdur. Bu Azərbaycan xalqının və dövlətinin müxtəlif mədəniyyət daşıyıcısı olan xalqların, millətlərin və etnosların mədəni irsinə verdiyi qiymətdir.
Təəssüflər olsun ki, dünya xalqlarının mədəni irsinə bu cür qayğı ilə yanaşan Azərbaycan xalqına qarşı təcavüzkar mövqe tutan ermənilər mədəni irsimiz- tarixi abidələrimizi də vandalcasına dağıdıblar.
Yeri gəlmişkən, bu yaxınlarda Yerevanın mərkəzi küçələrindən birində qazıntı işləri aparılarkən, İravan xanlığına aid bir məbəd aşkarlanıb və həmin məbəd dərhal dağıdılaraq üstü örtülüb. Bu da tarixi faktdır ki, indiki İrəvan şəhərinin altında İrəvan xanlığının mərkəzi şəhəri uyumaqdadır. Ermənilər bu izləri nə qədər dağıtsalar da, hələ də şəhərin müəyyən arxitektur nümunələrini arxioloji qazıntılarla aşkarlayıb, bərpa etmək mümkündür. Amma bunu heç vaxt ermənilərə etibar etmək olmaz.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub