MƏĞLUB DÖVLƏTDƏ ƏRZAQ UCUZLAŞIR

MƏĞLUB DÖVLƏTDƏ ƏRZAQ UCUZLAŞIR
 
Bəli, Ermənistan ağır müharibədən məğlub çıxmış dövlətdir, üstəlik həm də 30 il ölkənin bir ərazisi kimi istismar edərək hər il təbii resurslarından, yeralı və yerüstü sərbətlərindən milyonlarla dollar gəlir götürdüyü Azərbaycan torpaqları artıq əlindən çıxıb. Məntiqlə bu cür acınacaqlı durumda bu ölkədə xüsusilə ərzaq məhsullarının qiyməti artan sürətlə getməlidir. Azərbaycanla müqayisədə bu dövlətin xarici bazara çıxarmağa elə təlabatlı bir məhsulu da yoxdur, əksinə daha çox vəsait tələb edən neft-qaz məhsullarını idxal edir amma qeyd etdiyim kimi məsələn, iyun ayında Ermənistanda günəbaxan yağı, şəkər tozu, un məmulatları və kərə yağının satış qiymətlərində nəzərəçarpacaq dərəcədə azalmalar var.
“Suputnik Armeniya” saytının araşdırmasında qeyd olunur ki, iyun ayında günabaxan yağının 1 litrinin satış qiyməti azalaraq 1190 dram olub- təxminən 2 dollar 3 sent. Bizdə isə oxşar məhsulun 1 litri 2.8 dollardır.
Məlumat  üçün deyək ki, Ermənistan Mərkəzi Bankının təyin etdiyi məzənnəyə görə bu gün 1 dollar 490 dramdır.  Ermənistanda unun 1 kq. 290 dram (0.53 dollar), şəkər tozu-1 kq 370 dram (0. 70 dollar), qatqısız, xalis Yeni Zelandiya yağı-1 kq 4380 dram ( 6.5 dollar). Sonuncu iki ərzaqın bizdə satış qiyməti müvafiq olaraq  1.20-1.40 arası (0.75-0.80 dollar) və tərkibinə müxtəlif qatqı, o cümlədən palma yağı və marqarin vurulmaqla 1 kq. 14.80 man (8.5 dollar). 
Sayt yazır ki, qiymətlərdəki düşmənin bir səbəbi dünya bazarında sözügedən ərzaq mallarının satışında azalmalar, o cümlədən infilyasiyanı 4 faiz civarında saxlamaqda qərarlı olan Ermənistan MB-in dramın kursuna müdaxiləsi və ən önəmlisi, ölkəyə daxil olan xarici valyutanın artmasıdır. Başqa sözlə, Azərbaycan hökumətindən fərqli olaraq Ermənistan mənbəyi məlum, yaxud qaranlıq valyuta vəsaitlərinin daxil olmasına yaşıl işıq yandırıb və bu məsələdə heç bir məhdudiyyət tətbiq olunmur. Yəni bizdəki kimi orda da xaricdə yaşayan doğmasından pul baratı alanı saatlarla sorğu-sual etmir, hava limanında, yaxud sərhəd-buraxılış məntəqələrində vətəndaşı alt paltarına qədər soyundurub dollar axtarmırlar. 
O məğlub, konyakdan başqa xaricə satmağa heç nəyi olmayan bizim sifarişlə işləyən medianın acından öldürdüyü Ermənistan, bu da sərvətinə dünyanın həsəd apardığı biz- məmur oliqarxların insanları aclığa sürüklədiyi Azərbaycan.
 
Səma
0.018827199935913