"DQR" xarici işlər naziri David Babayan yenə sayaqladı - Cavab
Azərbaycan-Böyük Britaniya dostluğundan "baş diplomat" xəbərsizmiş
Hazırda mövcud olmayan "Artsax"ın qondarma xarici işlər naziri David Babayan news.am-a açıqlamasında bulunub ki, Azərbaycan Zəfər münasibəti ilə keçirdiyi "Xarı Bülbül" festifalında İngiltərə Kraliçasını "Artsax üzərində qələbəyə" şərik etməyə çalışıb.
D. Babayan festifal çərçivəsində Cıdır düzündə sərgilənən "Wintsor Kral Atçılıq Şousu"nun keçirilməsini onunla əsaslandırmağa çalışır ki, Kral Azərbaycanlılarla dost, bizimlə isə düşməndir. Bunun ardınca Babayan Azərbaycanı belə yüngül şoulardan geosiyasi məqsədlərlə istifadə etməkdə suçlamağa uğursuz cəhd göstərir.
Fikrimizcə, Babayanın maariflənməsi üçün bəzi məsələlərə aydınlıq gətirməyə ehtiyac var.
Birincisi, David Babayana xatırlatma etmək istərdik ki, soy adındakı "baba" ifadəsi erməni dilində heç bir məna kəsb etmir, bu təmiz azəri türkçəsinə aid olan, hamıya bəlli ifadədir. Bundan əlavə, Şuşa işğal edilənə qədər hər il Şuşada "Xarı Bülbül" festifalı keçirilib. İndi qədim mədəniyyət mərkəzimiz işğaldan azad edilib və inşəallah bundan sonra da həmin festifal hər il keçriləcək.
İkincisi, Azərbaycan "Artsax" üzərində deyil, Ermənistan üzərində qələbə çalıb, Ermənistan ordusunun səksən faizini darmadağın edib. Belə olmasaydı 10 noyabır bəyannaməsini Nikol Paşinyan deyil, Arayik Arutiniyan imzalayardı. Bütün danışıqlar onunla aparılardı. Xalq erkən seçkilərə onu məcbur edərdi və s.
Bunların hamısı Paşinyanla baş verirsə, deməli Azərbaycan Paşinyanın rəhbəri olduğu Ermənistan üzərində qələbə çalıb.
Digər tərəfdən, Azərbaycanın Ermənistana təhvil verdiyi 1600 cəsədin və yüzlərlə əsirin heç bir faizi də "Artsax" müdafiə qüvvələrinin payına düşmür.
Üçüncüsü, Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq əlaqələri barədə yəqin ki, "Artsax"ın "baş diplomatı" hələ indi - "Xarı Bülbül" festifalındakı bir məqamı seyr etdikdən sonra xəbər tutub. Elə bu kütbeyinliyinizin ucbatından sizə verilmiş 30 illik şansdan yararlana bilmədiniz.
Babayana xatırlatmaq istərdik ki, Böyük Britaniyanın Azərbaycana marağı həmişə yüksək olub. Son zamanlara isə, 1994-cü ildə ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri" və "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi"ndə dünyanın 11 ən iri neft şirkəti ilə "Əsrin Müqaviləsi" bağlanıb. Bu müqavilədə ən böyük payçı və layihənin operatoru Böyük Britaniyanın "British Petroleum" (BP) şirkətidir.
Məgər bu da sizə heç nə demir, saxta "baş diplomat"?
Akif