Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı vətəndaşdan rüşvət istədi - Rüşvət tələbetmə cinayəti

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı vətəndaşdan rüşvət istədi - Rüşvət tələbetmə cinayəti
 

 Rüşvət tələbetmə ağır cinayətdir

Yuk daşımaq məqsədilə avtomobili olan insanlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının rüşvətxorluğundan cana doyublar.

Həbib Həsənovun xidmətə yeni rəis təyin olunması insanlarda bu idarədə tüğyan edən rüşvətin kökünün kəsiləcəyinə ümid yaratmışdı...

Lakin 2 gün öncə Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşının əməkdaşımızın qardaşından 100 (yüz) manat rüşvət istəməsi insanda məyusluq yaradır...

Ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə apardığı indiki zamanda  Avtomobil Nəqliyyatı Xidməti əməkdaşının vətəndaşdan heç nədən çəkinmədən rüşvət tələb etməsi bu idarədə rəhbərliyin yaramaz işləməsinin göstəricisi sayıla bilər...

Güman edirik ki, rəis Həbib Həsənov bu cür əməkdaş barədə lazımı ölçü götürəcək və vətəndaşlardan rüşvət tələb edən vəzifəli şəxsə layiq olduğu cəzanı verəcəkdir.

Röyal

0.046231031417847