Telman Zeynalov: “İnsanların cibinə girib onu soyurlar”

Telman Zeynalov: “İnsanların cibinə girib onu soyurlar”
 

Yay fəslinin əsas və ən birinci atributu sudur. Amma o da gərəkdir ki, keyfiyyətli və standartlara uyğun olsun. Bu məqamda, Oğuz-Qəbələ-Bakı kəməriylə Bakıya gələn suyun keyfiyyətinin Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğunluğu vurgulanır. Özü də rəsmi şəkildə. Eləcə də, hazırda paytaxta sözügedən kəmərlə saniyədə 5 kubmetr su verildiyi söylənilir. Deyilənə görə, Bakının Səbail, Nərimanov, Binəqədi rayonunun əksər ərazisi, Xətai, Nizami, Sabunçu rayonunun bir hissəsi, Yasamal və Nəsimi rayonu isə bütövlükdə həmin suyla təmin edilir. Onu da qeyd edək ki, 2010-cu ildə istismara verilən su kəməri külli miqdarda vəsait hesabına başa gəlib. Belə ki, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə Dövlət Neft Fondundan ümumilikdə 779 milyon manatdan çox vəsait ayrılıb.

Fəqət bu gün tamam başqa bir mənzərə müşahidə edilir. Suyla bağlı uzunmüddətli problemlərdən sonra bu məsələnin bitdiyi anlaşılırdı. Lakin görünən odur ki, Oğuz-Qəbələ su kəməri çəkiləndən sonra paytaxtda başqa bir - filtrləmə prosesi başlayıb. Belə ki, tikintisinə külli miqdarda vəsait xərclənən su kəmərindən gələn su daha sonra filtrləmə prosesindən də keçir. Az qala, hər ev və mənzildə quraşdırılan, müxtəlif ölkənin istehsalı olan filtrdən keçirilən də Oğuzdan paytaxta kəmərlə gətirilən sudur. Bu məqamın özü isə çox paradoksaldır...

Meliorasiya sahəsi üzrə alim Telman Zeynalov söyləyir ki, təbii nemətlər olan suyu və günəşi Allah-təala yaradaraq, ona mümkün gücü də verib. Bundan başqa, canlı bir obyekt olan

torpaq da öz-özünü təmizləmə qabiliyyətinə malikdir: “Heç eşitmisiniz ki, indiyə qədər kimsə, hardasa sudan zəhərlənib ölüb?! Su filtrləri istehsal edərək, insanların cibinə girib onu soyurlar. Bu, çirkin bir oyundur. Filtr nəyə lazımdır? İstənilən qədər suyu sadəcə olaraq qabda, günəşin altına qoyub üstünə də polietilen örtsək, su buxarlanacaq, damcı-damcı da təmiz su yığılacaq...

Oğuz-Qəbələ suyu təmizdir, bunu bilmək lazımdır. Amma problem ondadır ki, həmin suyu bütövlükdə Bakıya vermirlər. Bir vaxtlar ölkəmizin Orta Asiyanı içməli su ilə təmin etmək üçün öhdəliyi vardı, bu suyun əksəriyyəti də ora göndərilir. Burda kommersiya məqsədi var”.

Həmsöhbətimiz söyləyir ki, su bəzən çirklənəndə onu təmizləmək üçün xlorlaşdırmaq da lazımdır. Çünki suyun təmizlənməsi öhdəliyini birbaşa təbiətin üzərinə qoysaq, o, yüz, min illərə başa gələcək. 
Ona görə də suyun xlorlaşdırma prosesinə gedilir: ”Mendeleyev cədvəlində xlor yüksək yerlərdən birini tutur və o, vacib elementdir. Xlorlaşdırmadan çəkinmək lazım deyil. Filtrləmə isə mənasızdır”.

Nigar

0.085040092468262