Eks deputat axtarəşa verildi...

Eks deputat axtarəşa verildi...
 
 İrəvan məhkəməsi Ermənistan parlamentinin sabiq deputatı, hazırda sahibkarlıq fəaliyyətilə məşğul olan “Şayms” ləqəbli Arakel Movsisyan barədə axtarış elan edib. Bu barədə “Sputnik Armeniya” saytı məlumat yayıb. Bildirilir ki, son vaxtlar maliyyə böhranı yaşayan Movsisyan banklardan birindən götürdüyü 5 milyon dram ( təqribən 10 min dollar) krediti qaytarması üçün bank onu məhkəməyə verərək müflis elan edilməsini istəyir.
 
Dəfələrlə məhkəməyə çağırış vərəqəsi göndərilsə də icraçılar onu mənzilində tapa bilməyib. Bu səbəbdən də sonda məhkəmə A. Movsisyan barədə axtarış qərarı verib. 
Bildirilir ki, hələ “məxməri inqilab”dan az sonra polis Movsisyanın mənzilində axtarış aparıb və ondan qanunsuz yolla əldə edilmiş odlu silah müsadirə edilib. Movsisyan özünü müdafiə üçün guya silahın ona 1-ci Qarabağ savaşından qaldığını iddia edib. 
Yəqin ki, bu dəfə eks-deputat bankdan götürdüyü vəsaitin də vaxtilə dinc azərbaycanlıları qarət hesabına əldə etdiyini bəhanə gətirə bilməyəcək.
 
Röyal Əsədli
0.036510944366455