Bakının marketlərində, bazarlarında insan üçün çox təhlükəli məhsullar satılır - həyacan təbili

Bakının marketlərində, bazarlarında insan üçün çox təhlükəli məhsullar satılır - həyacan təbili
 

Bəs AQTA hara baxır?

İllərlə marketlərin vitrinində  qalan kofetləri, müxtəlif cür bəzəkli və müştəriləri cəlb edən paketlənmiş şirniyyatları hamı hər gün görür. Amma həmin qida məhsullarının üzərində qeyd olunmuş istifadə müddətinin bitmə tarixinə çox az insan baxır.

Doğrudur, artıq işbazlar tez xarab olan məhsulların üzərində qeyd olunan bitmə tarixlərini də saxtalaşdırmağın yolunu tapıblar.

Adətən, alıcıların əksəriyyəti ölkəmizdə istehsal olunan məhsulların keyfiyyətinə yox, xaricdə istehsal olunan qida məhsullarının üzərindəki qeydiyyata daha çox etibar edir. Bunun da səbəbi var.

Çünki Azərbaycandakı məhsul istehsalçılarının əksəriyyəti xalqın sağlamlığı üçün deyil, yalnız daha çox qazanc əldə etmək üçün çalışırlar. Bu da heç kimə sirr deyil, hər gün qarşılaşdığımız reallıqdır.

Yəqin hüquq-mühafizə orqanları  və AQTA əməkdaşlarının eşşək, at, xarab olmuş, istifadəyə tam yararsız tonlarla iribuynuzu mal-qara ətini əhaliyə satanların saxlanılmasını ekranlarda hər kəs seyr edib. Bunlar ölkədə mövcud olan mafioz qrupların yalnız xırda bir hissəsidir.

Ölkəmizdə bu sahədə geniş dəstələr qurmuş mafioz qüvvələrin yaratdıqları cinayətkar şəbəkələrin hüquq-mühafizə orqanları əməkdaşları ilə əlaqəli olması barədə kifayət qədər sübutlar var...

Bu sahəyə başı ilə cavabdeh olan dövlət qurumlarının və AQTA-nın marketlərdə, bazarlarda, dükanlarda, mağazalarda və qəssabxanalarda istifadə müddəti bitən və istifadəyə yararsız, insan sağlamlığı üçün çox təhlükəli olan qida məhsullarının satışının qarşısının alınması sahəsində ciddi nöqsanlara yol verdikləri, əksər hallarda rüşvətxorluğa şərait yaratmaları əhalidə haqlı qəzəb və nifrət hissini gücləndirir.

Dünyada və ölkədə COVİD-19 və digər təhlükəli kütləvi yolxucu xəstəliklərin əsas yayılma mənbələrindən hesab edilən qida məhsullarının satış obyektlərinin fəaliyyətinə ciddi sanitar-gigyena nəzarəti sahəsində hazırda Azərbaycanda baş alıb gedən özbaşınalıqlar həm əhalinin, həm də dövlətin böyük təhlükə ilə üzləşməsinə şərait yaradıb..

Röyal

0.086064100265503