GÜCLÜ TUFAN CAN ALDI

GÜCLÜ TUFAN CAN ALDI
 
Dünən gecə saatlarından başlayaraq, Abxaziyanın Qara dəniz sahilboyu yaşayış məntəqələri şiddətli tufana məruz qalıb. Yüzlərlə ağac kökündən qopub, bəzi inzibati və yaşayış binalarının dam örtüyü dağılıb.

Tufanın güclü olduğu 7 yaşayış məntəqəsində ağac aşması nəticəsində coxsaylı avtomobilə ziyan dəyib.
Rəsmi məlumata görə, dənizdə çimən və əslən Saratovdan olan bir turist həlak olub. Onun meyidinin tapılması üçün axtarışlar dənizdə dalğa sakitləşəndən sonra başlanılacağı bildirilir. Daha bir nəfər isə ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.
   
Səma Ələsgərli
0.019321918487549