TƏBİİ, YOXSA SÜNİ FƏLAKƏT?!
Dünən gecə saatlarında Xəzərdə baş verən güclü partlayışın baş verməsindən xeyli vaxt keçsə də, bu barədə cəmiyyəti qane edəcək rəsmi məlumat verilməyib. Hökumət qurumlarının biri digərini təkzib edən açıqlamaları isə əhali arasında çaşqınlığı daha da artırıb. Məsələn, Dövlət Seysmoloji Mərkəzin direktoru, (Allah yetirmiş) Qurban Yetirmişli deyir ki, bu palçıq vulkanıdır, SOCAR -da direktorla eyni fikirdədir. Amma müstəqil ekspertlər haqlı olaraq bildirirlər ki, neft platformaları yerləşən məkanda palçıq, qeyri-palçıq tipli vulkanların başvermə ehtimalı sıfra bərabərdir. Əsaslandırılır ki, dənizin həmin hissəsi istismar olunduğundan orda vulkana səbəb olacaq qaz kütləsinin yığılması qeyri-mümkündür. Fövqalədə Hallar Nazirliyi də partlayışın palçıq vulkanı olmadığını bəyan edir.