Bakı şəhərində sahibsiz itlər böyük təhlükə mənbəyinə çevrilib - Bakı meri Eldar Əzizovun diqqətinə

Bakı şəhərində sahibsiz itlər böyük təhlükə mənbəyinə çevrilib - Bakı meri Eldar Əzizovun diqqətinə
 

Bakı Şəhər İcra Hakimiyyəti sahibsiz itlərin təhlükə mənbəyi olmasını unudub

Son zamanlar Bakıda sahibsiz itlər çoxalıb. Hətta şəhərin elə yerləri var ki, axşamlar həmin ərazidən keçmək mümkün olmur.

Bakı şəhər İcra hakimiyyəti əvvəllər sahibsiz itləri nəzarətdə saxlayıb, insanların təhlükəsizliyini təmin edirdi. Bu addım həm itlərin insanlara, həm də insanların itlərə zərər verməsinin qarşısını alırdı. Məsələn, Bakının Alatava yaşayış sahəsində sahibsiz itlərin tez-tez insanlara hücum etməsi adi hala çevrilib.

Son bir il ərzində Bakı şəhərində sahibsiz İtlər arasında quduzluq və digər təhlükəli xəstəliklərin yayılmasına qarşı heç bir tədbir görülmür. Bu da insanların sahibsiz itlərin dişləməsi nəticəsində böyük təhlükə ilə üzləşməsinə gətirib çıxarırb.

Bakı şəhər icra hakimiyyəti isə, hələ də sahibsiz küçə itlərinin hər il vaxtında peyvənd edilməsinin vacib olduğunu dərk etmir.

Mahir

0.036445140838623