Qardaşı arvadı ilə eşq məcarası yaşadı - rayondan qaçdı...

Qardaşı arvadı ilə eşq məcarası yaşadı - rayondan qaçdı...
 

Redaksiyaya daxil olan xəbərə görə, Salyan şəhərinin mərkəzində yaşayan iki qardaş - Adil və Ramiz (adlar şərtidir) arasında münasibətlərin düşmənçilik həddinə çatdığı bildirilir.

Böyük qardaş Adil xeyli vaxtdır evli olsa da, övladı olmurmuş. Həkimlərin müalicəsinə xeyli pul xərcləsə də, Zəhranın (ad şərtidir) uşaq doğmaq problemi həll olunmurdu. Bu səbəbdən ailədə soyuqluq əmələ gəlmişdi, tez-tez ər-arvad arasında gərgin söz-söhbətlər baş verirdi.

Bunu hiss edən Zəhra uşaq doğmsq problemini həll etmək üçün müxtəlif yollara baş vurur.

Günlərin birində Zəhra qaynı Ramizə ailədə yaranmış soyuqluqdan şikayətlənir. Bir neçə dəfə bu barədə çox söhbət edən gəlin-qayın münasibətləri aşiq-məşuq müstəvisinə keçir. Beləliklə, Adil və digər ev sakinləri evdə olmayanda cütlük cinsi əlaqədə olmağa başlayırlar. Bu hal tez-tez təkrarlanır və Zəhra hamilə qalır.

Bundan əvvəlcə sevinən, sonra isə başına qara fikirlər gələn Adil uşağın ondan olub-olmamasını gizli müəyyən etməyi qərara alır.

DNK analizi uşağın Adildən olmadığını üzə çıxarır. Ailədə qırğın-şivən qopur. Adil uşağın kimdən olmasını müəyyən etmək üçün Zəhranı hər gün döyür-söyür, amma Zəhra uşağın Adildən olduğunu deyir.

Çox əzab-əziyyətdən sonra Zəhra uşağı da götürüb atasıgilə gedir və bir daha geri dönmür.
Bu hadisədən xeyli zaman keçir. Ramiz qardaşı Adilin tez-tez Zəhra ilə gizli görüşdüyü barədə dostlarının birindən xəbər alır və məlumatı dəqiqləşdirmək üçün hərəkətə keçir.

Bir gün Adil Zəhra ilə Ramizin qonşuda tək yaşayan yaşlı qadının evində görüşəcəkləri haqda məlumat alır. O, nəhayət məqsədinə çatır. Aşiq-məşuqların hər ikisini qadının evində tutur və əlində gətirdiyi dəmir parçası ilə onları döyməyə başlayır. Ramiz Adilin onu öldürəcəyini hiss edib, qaçmağa müvəffəq olur. Zəhra isə, aldığı zədələrə baxmayaraq, Adilin əlindən çıxıb atası evinə getməyə nail olur.

Adil evə gəlir və heç kimə heç nə demir. Baş verən rüsvayçı hadisə ilə bağlı kükrəmiş əsəblərini sakitləşdirib, düşdüyü ağır durumu, qardaşının və həyat yoldaşının xəyanətini xeyli fikirləşəndən sonra, işi hüquq-mühafizə orqanlarının araşdırmasına verməkdən vaz keçir.

Hadisədən xeyli vaxt ötəndən sonra Adil yaxından tanıdığı qızla ailə qurur.
O vaxtdan Ramizin isə harada olması barədə heç bir xəbər yoxdur.

Zəhra isə 2 yaşlı uşağı ilə atası evində yaşayır.

Səkinə

0.037221908569336