KTMT Ermənistanın müraciətini rədd etdi - "Ermənistanın cənubundakı vəziyyət kollektiv məsuliyyət xartiyasına daxil deyil"...
S. Zas: "KTMT bəyan etdi ki, Ermənistanın cənubundakı vəziyyət kollektiv məsuliyyət xartiyasına daxil deyil"...
Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi sərhəd ziddiyyətidir, buna görə KTMT nizamnaməsinin kollektiv məsuliyyət müddəaları buna şamil edilmir. "Paralel.az" TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Stanislav Zas deyib.
“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum halında [üzv ölkələrdən birinə] qarşı istifadə olunur. Budur əslində bir sərhəd hadisəsi ilə qarşılaşırıq” - deyib.
Onun sözlərinə görə, vəziyyət sülh yolu ilə həll olunmalıdır. Baş katib vurğulayıb ki, hazırda münaqişə ağırlaşma mərhələsində deyil.
Zas, "Sərhəd məsələsində, bütün bu mübahisəli məsələlərin həlli ilə bağlı bir çox iş var, lakin bunların danışıqlar masasında həll edilməsi lazım olduğunu" söylədi.
Bundan əvvəl Rusiya hökuməti Ermənistana münaqişədən sonrakı yenidənqurma işində kömək üçün 3,2 milyon dollar ayırmışdı. Məsələnin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMİP) Dağlıq Qarabağdakı münaqişədən sonra ən çox təsirlənmiş Ermənistan bölgələrinə yardım göstərmək layihəsinin maliyyələşdirilməsindən bəhs edildiyi qeyd edildi.
KTMT-yə müraciətdən görünür ki, 44 günlük müharibədə kapitulyasiya durumuna düşən Ermənistan hələ də barışıq masası arxasında oturmaqdan uzaqdır.
Mahir