AQTA qida təhlükəsizliyini təmin etmir - Əhalinin həyatı təhlükədə

AQTA qida təhlükəsizliyini təmin etmir - Əhalinin həyatı təhlükədə
 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adından bəlli olduğu kimi yay mövsümü olmasına baxmayaraq, marketlərdə, bazarlarda əhalinin həyatı üçün təhlükə törədən halları aradan qaldırmır.

Satılan bütün qida məhsulları - ərzaq məhsulları, meyvə-tərəvəz, bağ-bostan, heyvandarlıq məhsulları həkim nəzarətindən keçmir. Satıcılar sanitar-gigiyena qaydalarına əməl etmirlər, ət və digər məhsul satanların heç birinin uniformalı yoxdur. Ən azı satıcının ağ xalatı və başda papağı olmalıdır.
AQTA nümayəndələrinin fəaliyyətində rüşvətalma halları kütləvi xarakter alıb.

AQTA-nın rəhbəri Qorxmaz Təhməzovun Agentliyi normal idarə edə bilmir. Bakı şəhərində olan bütün qida satış obyektləri oliqarxlara məxsusdur. Agentlik oliqarxlarla "razılaşmadan yaxşı qazanc əldə edir.

Bir sözlə, ölkə əhalisinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində AQTA-nın göstərdiyi fəaliyyət çox yarıtmaz vəziyyətdədir...
Röyal Əsədli

0.11283397674561