Urbanizasiyanın ətraf mühitə təsirləri

Urbanizasiyanın ətraf mühitə təsirləri
 

Hər bir ölkədə əhalinin sənaye mərkəzlərinin ərazi üzrə paylanmasına diqqət yetirilir, əhalinin sənaye mərkəzlərinin sıxlığı balanslaşdırılır ki, bir ərazidə ətraf mühitə təsirləri azalsın. Lakin şəhərlərin cəmiyyət həyatında rolunun artması, yəni urbanizasiya prosesi bu balansın qorunmasına müəyyən mənada maneələr yaradır. Şəhərlər böyüyür, onun ətrafnda sənaye mərkəzlərinin sayı artır, ərazidə yerləşmə sıxlığı ölkənin digər regionlarına nisbətən bir neçə dəfə yüksəlir, beləliklə əhali sənaye sıxlığında balans pozğunluğu yaranır.

Şəhərlərin şəhər əhalisinin çoxalması özü-özlüyündə ayrıca götrüldükdə heç problem yaratmır. Lakin urbanizasiyanın ölkənin yalnız bir regionunda reallaşması ciddi ətraf mühit problemlərinə gətirib çıxara bilir.

Əslində, ölkənin bir-birindən uzaq olan müxtəlif regionlarında şəhər həyat tərzinin yayılması inkişaf etdirilməsi müsbət tendensiyadır. Çünki kənd qəsəbələrdən fərqli olaraq şəhərlərdə cəmiyyətin elmi, mədəni ictimai inkişafı daha sürətlə gedir, əhali kompakt yaşadığından problemlərin xarakteri ümumiləşdirilə birgə həll edilə bilir. Bu baxımdan heç , belə anlaşılmasın ki, biz şəhərlərin yaranmasının böyüməsinin əleyhinəyik.

Dünyada gedən müasir urbanizasiya prosesi üç əsas xüsusiyyəti ilə xarakterikdir: birincisi, şəhər əhalisinin artım sürəti kənd qəsəbələrə nisbətən daha yüksək sürətlə inkişaf edir, ikincisi, əhalinin təsərrüfatın, əsasən iri sənaye mərkəzlərinin böyük şəhərlərdə cəmləşib, şəhərlərin genişlənərək aqlomerasiyalara (regionu böyük əhalisi olan şəhərlərin iqtisadi, sosial siyasi cəhətdən təsirli olduğu ərazilərdir) meqapolislərə çevrilir.

Urbanizasiyaya şəhərlərdə sənayenin həcminin artması, şəhərin mədəni siyasi funksiyalarının artması, əməyin bölgüsü strukturunu dəyişməsi şərtləri səbəb olur. Urbanizasiyanın əsas göstəricisi kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüməsi ətraf kənd yaşayış yerlərini öz tərkibinə qatmasıdır.

Urbanizasiya prosesi əsasən kənd yaşayış məntəqələrinin şəhərlərə çevrilməsi, geniş şəhərətrafı meqapolisin yaranması kənd əhalisinin şəhərlərə köçməsi hesabına inkişaf edir.

Urbanizasiyanın gedişinə həmçinin dövlətdə gedən siyasi proseslər ciddi təsir edir.

Beynəlxalq normalara görə, urbanizasiya prosesində şəhərsalma texnologiyası, onun hüquqi sosial-ekoloji tərəfləri mühüm şərtlərdən biridir. Son illərdə Bakı şəhərində çox sayda çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafında şəxsi evlərin tikintisinin sürəti şəhərsalmanın hüquqi sosial-ekoloji məsələlərinin aktual problemlərindən birinə çevrilməsindən xəbər verir.

Sözügedən prosesdə iri şəhərlərin qlobal ekoloji bəlalarından biri , dünya miqyasında nəqliyyat vasitələrinin sayının çoxalması ilə birbişa bağlıdır. Petrol mühərriki ilə işləyən nəqliyyat növləri havadakı oksigeni mənimsəyərək əvəzində atmosferə karbon qazı, karbon-oksid, karbohidrogenlər, azot oksidi, benzapiren, qurğuşun, kalium s. buraxır.

Bu da özlüyündə yeni yaranan yaşayış məntəqələrində ekoloji tarazlığın pozulmasına, eyni zamanda, bu regionda mövcud olan yaşıllıqların azalmasına insanların sağlamlığına ciddi təsir edir.  

Urbanizasiyanın gedişinə həmçinin dövlətdə gedən siyasi proseslər təsir edir.

Çox təəssüflər olsun ki, Azərbaycanda gedən urbanizasiya prosesləri bütün bu problemlərdən xali deyil. Ölkəmizdə urbanizasiya prosesi əsasən ötən əsrin sonlarından, sovetlər birliyinin dağılmasından sonra baş verən siyasi sistem dəyişiklikləri dönəmində start götürdü. Məlum olduğu kimi, müstəqillik dönəminə qədər Azərbaycanın əmək qabiliyyətli əhalisinin 60-70 faizi Abşeron iqtisadi rayonunda deyil, digər döqquz iqtisadi rayonda əsasən kənd təsərrüfatı ilə məşğul olub. Torpaq islahatından sonra kəndlilər öz pay torpaqlarında müstəqil olaraq aqrar fəaliyyətlə məşğul olmağa başladı. Müstəqil fermer fəaliyyətinə yeni başlayan kənd əhalisinin böyük əksəriyyəti  hansısa səbəbdən əlində olan torpaqla ailəsini dolandıra bilmədi. Belə olan halda kənd əhalisi kənarda özünə axtarmağa başladı. Əhalinin bir hissəsi xaricə - əsasən Rusiyaya Türkiyəyə "çörəkpulu" axtarışına çıxdı. Xaricə getmək imkanları olmayan əhali isə paytaxtda axtarmağa qərar verdi. Az bir zamandan sonra-2007-ci ildə Azərbaycana "Əsrin müqaviləsi" çərçivəsində bağlanan müqavilələr nəticəsində böyük neft pullarının axını başladı. Beləcə, neft pulları hesabına paytaxtda həm tikinti-quruculuq işləri vüsət aldı, həm bir-birinin ardınca böyük sənaye müəssisələri fəaliyyətə başladı. Bu proses nəticəsində Bakı şəhərinin real əhalisi  2-2,5 dəfə artaraq dörd milyonu keçdi. Halbuki, Bakı şəhərinin ötən əsrdən qurulan infrastrukturu cəmi 2 milyon əhali üçün nəzərdə tutulmuşdu. Məhz buna görə şəhər infrastrukturu bugünə qədər normal idarəedilən formaya düşə bilmir.

Çünki bir tərəfdən əhlinin ona uyğun olaraq daxili yanma mühərrikləri ilə çalışan avtomobillərin sayı artır, digər tərəfdən isə Abşeron yarımadasında sənaye obyektlərinin sayı durmadan artır. Beləliklə , Abşeron iqtisadi rayonunun mərkəzində yerləşən paytaxt Bakıda atmosfer çirklənməsi real olaraq normanı 4-5, bəzi ərazilərdə isə 6 dəfə aşıb. Rəsmi rəqəmlərə görə isə Bakıda havanın çirklənmə səviyyəsi normadan 2-3 dəfə çoxdur. Ekoloqlar isə bunun qarşısını almaqda acizdirlər, ona görə ki, bu dərəcədə çirklənmənin qarşısını almaq, onu cilovlayaraq öz məcrasına qaytarmaq üçün çoxşaxəli fundamental tədbirlər görülməlidir. Nəzərdə tutulan tədbirlər isə həm iqtisadi, həm siyasi, həm mədəni amillərin vəhdətində reallaşdırılmalıdır.

Məsələn, Azərbaycan hökuməti öz qarşısında belə bir sual qoymalıdır ki, üçün Azərbaycanın illik dövlət büdcəsinin ixracatının 90 faizdən çoxu məhz Abşeron iqtisadi rayonunda, qalan 10 faizi isə yerdə qalan digər 9 rayonda formalaşır? Bu hər şeydən əvvəl iqtisadi disbalansdır, digər tərəfdən isə həmin iqtisadi disbalans köklü ətraf mühit problemlərinə yol açır. Mütəxəssislərin fikrincə, Abşeron iqtisadi rayonunun ətraf mühit problemini həll etmək üçün ilk növbədə yuxarıda qeyd etdiyimiz iqtisadi disbalans aradan qaldırılmalı, iqtisadiyyatın bütün ölkə üzrə balanslı paylanması həyata keçirilməlidir. Bunun üçün ölkə ərazisində bir-birinə uzaq məsafədə olan sənaye mərkəzlərinin yaradılması dövlət tərəfindən ciddi şəkildə stimullaşdırılmalıdır. Başqa sözlə desək, Abşeron iqtisadi rayonundakı sənaye müəssisələrinin bir hissəsi digər iqtisadi rayonlara köçürülməlidir. Məsələn, SOCAR Karbamid zavodunu Sumqayıtda deyil, Bərdədə, Beyləqanda ya Ağcabədidə inşa etməli idi. Bunun bir səbəbi Abşeron iqtisadi rayonunun yükünün azaldılmasıdırsa, digər səbəbi bu zavodun kənd təsərrüfatı üçün gübrə istehsal etməsidir. Ona görə belə müəssisələr aqrar sahədə çalışan əhaliyə daha yaxın olmalıdır. Yəni, bu zavod konkret olaraq Aran iqtisadi rayonunun ərazisində tikilməli idi. Bəli, ortaya arqument qoymaq olar ki, zavodun məhsulunun əksər hissəsi ixracat üçün nəzərdə tutulub. Əgər bu gün dəmir yolu ilə daşınmalar qəpik-quruşa başa gəlirsə, demək ki, Azərbaycanda belə zavodlar üçün yükdaşıma problemi yoxdur. Digər tərəfdən, zavodu Beyləqanda tikib, Yalamaya qədər daşımaların xərclərini dövlət dotasyası hesabına da ödəmək olar. Özəl sənaye müəssisələrinin planlaşdırılması zamanı da, bu üsuldan istifadə etməklə iqtisadi obyektləri ölkə ərazisi üzrə balanslı şəkildə paylaşmaq olar. Məsələn, Qaradağ inzibati rayonunun ərazisində bir sement zavodu olduğu halda, nədən həmin zavodun qonşuluğunda ikinci sement zavodu tikilməlidir? Dövlət təşəbbüs göstərərək təklif verməlidi ki, sahibkarlar Abşeron rayonundan kənarda öz müəssisəsini qursa, güzəştlər stimullaşdırıcı dotasiyalar alacaq. Yəni sahibkarın Abşeron iqtisadi rayonundan kənrada qurmasından itirdiklərini kompensasiya etməli stimullaşdırıcı güzəştlər verməlidi ki, ölkənin digər bölgələrində inkişaf sürətlənərək iqtisadi balansın yaranmasına töhfə verə bilsin.

Azərbaycanda qeyd etdiyimiz iqtisadi disbalansın aradan qaldırılması ilə Abşeron yarmadasının bir sıra ətraf mühit miqrasiya problemlərini həll etmək mümkündür. Məsələn, iqtisadi disbalans aradan qaldırılsa 30-35 il əvvəl Bakıya üz tutan kənd əhalisi geri - öz kəndinə qayıdar, doğma kəndində işləyib güzəranını qurar, əməyi ilə diyarının inkişafına töhfə verər. Beləliklə, böyük kəndlərimiz qəsəbəyə, qəsəbələrimiz isə şəhərə çevrilə bilər. Digər tərəfdən isə Abşeron rayonunda əhali avtomobil sıxlığı azalar. Sıxlığın azalması ilə həm atmosfer çirklənməsi öz normasına düşər, həm səs-küy tıxaclar azalar ki, bu da əhalinin sağlamlığına öz töhfəsini verəcək.

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirərək o qənaətə gəlmək olar ki, Azərbaycanda hazırda müşahidə edilən iqtisadi disbalansı aradan qaldırmadan Abşeron iqtisadi rayonunda ətraf mühit problemlərini əsaslı şəkildə həll etmək mümkün olmayacaq. Düzdür, sənaye müəssisələrində tullantıları zərərsizləşdirən qurğuların quraşdırılması, yanacaq standartlarının yüksəldilməsi, yaşıllıqların genişləndirilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi s. ətraf mühit problemlərini müəyyən qədər yumşalda bilər, amma onun köklü şəkildə həll edilməsi, yalnız iqtisadiyyatın ölkə üzrə balanslı şəkildə paylanmasından keçir.

 Paralelin
Araşdırma Qrupu

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.02763295173645