Eldar Əzizovun Bakı sərgüzəştləri...
-Jurnalist araşdırması...
Nəcməddin Sadıqovun qohumu korrupsiya ilə məşğuldur
Eldar Əzizovun Nəcməddin Sadıqovla yaxın qohum olduğu ölkədə hamıya məlumdur. O da məlumdur ki, hər iki qohum uzun müddətdir Azərbaycan hakimiyyətinin iki əsas kürsüsündə lövbər salıb milyonlar qazanır. Nəcməddin Sadıqov ölkəmizin hərbi sistemində törətdiyi xəyanətə görə, ölkə əhalisi hazırda onun ünvanına od püskürür.
General Polad Həşimovun şəhid olmasında Nəcməddin Sadıqovun üzərində qalan cinayətə qanun səviyyəsində hələ də qiymət verilməməsi əhalini çox ciddi narahat edir.
2017-ci ildə orduda törədilən ağır cinayətlərin üstünə artıq işıq salınıb, bütün sosial şəbəkələr, internet televiziya kanallarında "Tətər hadisələri" zamanı heç bir günahı olmayan ağır işgəncə, maddi və mənəvi ziyan çəkmiş zabit və əsgərlərimiz danışırlar, çıxışlarında Nəcməddin Sadıqov və digər yüksək vəzifəli şəxslərin cinayətlərindən danışırlar, amma təəssüf ki, bu cinayətkarlara gözün üstə qaşın var, deyən hələ də yoxdur!
Üstəlik, Nəcməddin Sadıqovun orduda törətdiyi ağır cinayətə görə, cəzasız qalması bir tərəfdən, yaxın qohumu Eldar Əzizov Bakı şəhər İH-nin başçısı vəzifəsində əyləşib var-dövlət qazanması da digər tərəfdən...
Eldar Əzizov açıqca Bakı şəhərinin bütün sahələrini özünün şəxsi gəlir mənbəyinə çevirib. Azərbaycanın paytaxtı Bakı kimi dünya şöhrətli şəhərin merliyinin dövlət dilində təmiz danışa bilməyən Eldar Əzizov kimi komsomol qalığına tapşırılması, məhz Nəcməddin Sadıqov kimi ictimaiyyət arasında adı Azərbaycanda rusun 5-ci kalonunun rəhbəri kimi çəkilən şəxsin hesabına baş tutub.
Baxın, Bakı şəhəri Eldar Əzizovun rəhbərliyi dövründə tam bərbad duruma düşüb, şəhərdə normal həyat tərzindən əsər-əlamət belə, qalmayıb. Bakı şəhər icra hakimiyyətinin elə bir idarəsi yoxdur ki, həmin idarədə "tender korrupsiyası" və digər cinayətlər törədilməsin.
Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında açıq bazardır, bağça müdirləri bağçaya uşaqları valideyndən rüşvət almadan qəbul etmirlər. Bağçadakı qruplarda yerlərin bir hissəsini bağça müdirləri, digər hissəsini də Bakı ŞİH-nin rəhbər vəzifəli şəxsləri satır.
Eldar Əzizov Xidmət və Ticarət departamentinin rəhbərinin vasitəsilə sahibkarları talamaqla məşğuldur.
Bakı şəhərində zibil daşınmasına dövlət kifayət qədər pul vəsaiti ayırsa da, şəhərin daxilində zibilin vaxtında daşınmaması şəhərdə müxtəlif təhlükəli xəstəliklərin yayılmasına, zibilin üfunətinin şəhərə yayılmasına səbəb olur.
Bakı şəhər İH-nin yarıtmaz fəaliyyəti barədə ilboyu yazsaq belə, mövcud nöqsanlar saymaqla bitmir.
Bunun yeganə səbəbi isə, Bakı ŞİH-nin başçısı, Nəcməddin Sadıqovun yaxın qohumu Eldar Əzizovun şəhərə rəhbərlik edə bilməməsi və iş vaxtını yalnız korrupsiyaya sərf etməsidir...
Mahir
P. S. Yazıda istifadə olunmuş materialın bir hissəsi müəllifin mediada apardığı araşdırmadan və redaksiyaya daxil olmuş şikayətlərdən gptürülüb