"Şuşa Bəyannaməsi" bizə nələr vəd edir?

 

Qabil Hüseynli: "Şuşa Bəyannaməsi" hər iki tərəf üçün çox mühüm və bütün dünyaya mesaj verən bir sazişdir"

 Əli Əliyev: "İstərdik ki, "Şuşa  Bəyannaməsi"ndə Türkiyə hərbi
bazalarının Azərbaycanda məskunlaşmasılə bağlı müddəa da yer alsın"

 İki gün əvvəl Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa görüşü həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyət tərəfindən diqqətlə izlənildi, şərh edildi və iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyəyə qaldırılması kimi qiymətləndirildi. On illərdir qardaş Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək sürətlə inkişaf edir, "Şuşa Bəyannaməsi" isə bu inkişafın kuliminasiya nöqtəsi sayıla bilər. Yalnız sravi vətəndaşlar deyil, artıq bunu mütəxəssislər də təsdiqləyir. Bu barədə fikirlərini müxbirimizlə bölüşən politoloq Qabil Hüseyinli vurğuladı ki, "Şuşa Bəyannaməsi"ndən sonra Azərbaycan-Türkiyə münasibətləri dövlətlərarası münasibətlərin, bütün sahələrdə (iqtisadi, mədəni, siyasi-hərbi və s.)  ən yüksək səviyyəyə çatdırıldı. "Şuşa Bəyannaməsi" hər iki tərəf üçün çox mühüm və bütün dünyaya mesaj verən bir sazişdir. Türkiyə tərəfi çox cəsurluq göstərərək, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu aydın şəkildə ifadə etdi. Bu o deməkdir ki, Cənubi Qafqazda beynəlxalq qüvvələr nisbəti ciddi surətdə dəyişir - bölgədə hər hansı bir super-dövlətin hökmüranlığına imkan verilməyəcək. Türkiyə-Azərbaycan ittifaqı regionda yaranacaq birliyin nüvəsi rolunu oynayacaq, gümanedirəm ki, gələcəkdə bu birliyə Gürcüstan və digər dövlətlər də qoşulacaq və Rusiya bölgədən sıxışdırılaraq çıxarılacaq. Yaranan yeni birliyin təsiri nəticəsində Rusiya ilə Ermənistan arasındakı bağlar da sarsıla, əlaqələr minimuma enə bilər. Əsas məsələ ondan ibarətdir ki, regionun əsas iki oyunçuları arasındakı münasibətlər yeni məzmun alır".

İki ölkə arasındakı hərbi əməkdaşlığın perespektivlərinə toxunan Q.Hüseynli vurğuladı ki, bu sahədə dövlətlərarası əməkdaşlığın ən yüksək forması olan müttəfiqlik artıq ortadadı; "44 günlük müharibədə Türkiyə Azərbaycana əsgəri dəstək verə bilmədisə də, bir sıra ruhlandırıcı xarakterli hərəkətlər etdi - siyasi-diplomatik dəstək verdi, pitotsuz uçuş aparatları ilə təmin etdi, üçüncü dövlətin münaqişəyə qohulmamasının qarantı rolunu oynadı və s. Bir sözlə, Türkiyə ikinci Qarabağ müharibəsində həlledici rola malik oldu. Bundan sonrakı mərhələdə isə Türkiyə regionda daha üstün imkanlara malik olacaq ki, bu da ölkəmizin maraqlarını təmin edən ən optimal formatdır. Müttəfiqliyin beynəlxalq statusu ondan ibarətdir ki, bu əməkdaşlıq formasını seçmiş ölkələrdən birinə hücum və ya təhdid, bütün digər dövlətlərə hücum və təhdid kimi dəyərləndirilir. Nə türkiyə, nə də Azərbaycan heç bir ölkəyə hücuma hazırlaşmır, Söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən, qorunub möhkəmləndirilməsindən gedir ki, bu məsələdə qardaş Türkiyə hər cür dəstək verməyə hazırdır".

Cənubi Qafqazda formalaşması gözlənilən iqtisadi-lagistik birliyin - altılığın (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistan) perspektivlərinə toxunaraq qeyd etdi ki,  bu birlikdə də bütün əsas idarəedici iplər Azərbaycan və Türkiyənin əlindədir, çünki qovşaq rolunu Azərbaycan oynayır, Türkiyə isə bu dövlətlər arasında bizim yeganə rəsmi müttəfiqimizdir.

Vətəndaş və İnkişaf Partiyasının sədri, siyasi şərhçi Əli Əliyev bu xüsusda müxbirimizlə söhbətində bildirib ki, "Şuşa Bəyannaməsi" indiyə qədər Azərbaycanla Türkiyə arasında reallaşan ən üstün müttəfiqlik sənədidir: "Bu iki ölkə arasında daha dərin müttəfiqliyi özündə ehtiva edən, daha geniş sahələrdə əməkdaşlığı nəzərdə tutan strateji sənəddir. Düzdür, müqavilə və ya saziş deyil, bəyannamədir - niyyətin ifadəsidir. Əlbəttə, gələcəkdə sənədlərin icra olunması mühüm məsələdir. Hər halda bu gün - həlledici məqamda bizim xeyirimizə tərəzinin gözünə Türkiyənin öz ağırlığını qoyması, bölgədə mövcudluğunu sənədlə təsdiqləməsi çox mühüm hadisədir. Bizə qalan odurki, sənəddə nəzərdə tutulan məsələlərin icrasını diqqətlə izləyək. İstərdik ki, "Şuşa  Bəyannaməsi"ndə Türkiyə hərbi bazalarının Azərbaycanda məskunlaşması ilə bağlı müddiə da yer alsın. Çox təəssüflər olsun ki, bu məsələnin həllinə tərəflər hələ də hazır deyillər. İndiyə qədər Türkiyə-Azərbaycan münasibətləri şüarlarla tənzimlənirdi - əsasən bir millət iki dövlət formatı altında münasibətlərimiz qurulurdu, indi isə iki dövlət arasında münasibətlər rəsmi sənədlərlə müttəfiqlik statusunda təsdiqləndi".

 Akif Nəsirli

0.014979124069214