Asif Ağayevin “forma-2” əməliyyatı ilə rayona ayrılan pulları "yeyən" şəbəkəsi...

Asif Ağayevin “forma-2” əməliyyatı ilə rayona ayrılan pulları
 

SOCAR-da "yetişdirilmiş" başçının korrupsiyası davam edir

Son dövrlər əksəriyyəti icra hakimiyyət başçıları olmaqla bir sıra yüksək vəzifəli şəxslərin həbsləri ölkədə dövlət başçısının qətiyyətli iradəsilə korrupsiyaya qarşı mübarizə gedir. Lakin bu sahədə qəribə tendensiya müşahidə olunur. Hazırda işləyən icra başçılarının çoxu indi də həbsdə olan həmkarlarının yolu ilə gedir, dövlətin vəsaitini talamaqda, ölkənin, xalqın və dövlətin mənafeyinə zidd addımlar atırlar. Sanki onları nandırıblar ki, həyata keçirilən anti-korrupsiya tədbirləri sizə aid deyil, kampaniya xarakterlidir, alnınıza nə yazılıbsa, onu da görəcəksiniz. Elə bil onlara deyiblər ki, məsuliyyətə cəlb olunmalı, “qələmi qırılmalı” vəzifəli şəxslər “aşağıdan” gedən vətəndaş şikayətləri əsasında deyil, “yuxarıdan” atılan püşk nəticəsində müəyyənləşdirilir. Və indiyədək çapıb-taladıqların onsuz da sənə qarşı ittiham irəli sürülməsi üçün yetərlidir, odur ki, bundan sonra düz işləməyinin əhəmiyyəti yoxdur, siz davam edin...

“Olacağa çarə yoxdur” prinsipi ilə işləyən, daha doğrusu, çirkin əməlinə hələ də, davam edənlərdən biri də Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir. Üç ilə yaxındır  Beyləqana təyinat alandan bəri Asif Ağayevin barəsində söylənən fikirlər arasında çoxlarının təsdiqlədiyi haldan biri budur ki, guya o, vəzifəyə götürdüyü kadrdan rüşvət almır. Amma bu heç də təmənnasızlıq anlamına gəlmir.

Axı, SOCAR dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin “şinelindən çıxan” birinin “aydan arı, sudan duru” olması mümkündürmü?!  A. Ağayev vəzifəyə təyin edəndən sonra həmin kadrların vasitəsilə büdcədən külli miqdarda maliyyə vəsaitlərini silib, “həzm-rabeədən” keçirməklə " bir daşla iki quş" vurur. Yəni, “ilanı Seyid Əhməd əli ilə tutur”.
Məsələn, əlimizə çatan sənədlər təsdiq edir ki, 2019-cu ilin fevral ayında rayonun abadlıq işləri üçün prezidentin ayırdığı 1(bir) milyon manat pulun vur-tut 200 (iki yüz) min manatını təyinatı üzrə xərclənib, qalanını icra başçısı ilə işbaz şərikləri maxinasiya ilə mənimsəyiblər.

Eyni maxinasiya əməliyyatı 2020-ci ildə Beyləqan şəhərinin daxili küçələrinin asfaltlaşması üçün ayırılmış 446 (dörd yüz qırx altı) min manat dövlət vəsaitinin üzərində aparılıb. Bu vəsaitin yalnız cuzi bir hissəsinin təyinatı uzrə xərcləndiyi, şəhərdə vur-tut 2 km uzunluğunda keyfiyyətsiz asfalt işi görüldüyü, bu da 40 min kv/metr asfalt edir ki, bu, ayrılmış 446 min manat vəsaitin 80 min manatını təşkil edir. Yerdə qalan vəsaitin isə icra başçısı ilə işgörən şirkət arasında bölüşdürüldüyü aydın görünür.

Əminliklə demək olar ki, Asif Ağayevin Beyləqanda rəhbər vəzifədə fəaliyyətə başladığı 2018-cu ilin oktyabr ayından indiyədək RİH-nin nəzarəti və sərəncamı ilə görülən (görülmüş kimi təqdim olunan) işlərin “forma-2”-ləri diqqətlə yoxlanılsa, görülmüş işlərin rəqəmləri faktiki həcmlə tutuşdurulsa,  dövlət vəsatini çox böyük hissəsinin mənimsənildiyi aşkar olar.
Rayonda aparılacaq abadlıq və quruculuq işlərinin monitorinqinə öncə Beyləqan şəhərində kanalqırağı ərazidə salınan “Mücürəddin” parkından başlamaq yetər. Parkda quraşdırılan işıq dirəklərinin qiymətlərinə nəzər salmaqla, burada mənimsənilən pulun miqdarını müəyyən etmək olar.

Asif Ağayev kadr təyinatlarında da bacarıqlı, peşəkar, işini bilən kadrlara deyil, korrupsiya sahəsində "təcrübə" qazanmış şəxslərə üstünlük verdiyini rayon əhalisi çox yaxşı bilir.
Məsələn, vəzifəyə təyin olduğu  2 il 9 ay ərzində Asif Ağayev Rayon Təhsil şöbəsinə 3 nəfəri-Xuraman Rüstəmova, Tahir Həsənov və Həşim Məmmədov kimi kadrları müdir vəzifəsinə təyin edib, 9-4 aydan sonra da onları çıxarmasının səbəbini özü açıqlamasa da, rayon ictimaiyyəti "müdirdəyişmənin" səbəbini rüşvət və korrupsiya ilə bağlamaqda səhv etmir.
Bir sözlə, icra başçısı Asif Ağayevin yerli mafiyanın "Xaç atası" (pulyığanı) kimi tanınmış çobanla həmrəng və həmxasiyyət olmasına şübhə yoxdur. Rayon əhalisi bilir ki, Asif Ağayevin əlini öpüb, gözünün üstünə qoyduğu "Xaç atasının" xeyir-duası olmadan kadr təyin etmir. Ona görə də RİH-nin xeyli vəzifəsi boş qalıb...

Amma rayon əhalisinə o da bəllidir ki, Asif Ağayevin bütün qara dosyası artıq DTX və Baş Prokurorluğun anti-korrupsiya əməliyyatları siyahısına daxil edilib.

Mahir

0.074664831161499