Xocavənd əhalisi magistral avtomobil yolunu bağlayacaq - Aksiya
Oliqarxlar rayon əhalisini susuz qoyub
Xocavənd rayon sakinləri aksiya keçirəcək. Bu barədə bü gün Xocavənd sakinləri redaksiyaya zəng vurublar.
Haramı düzündə salınmış qəsəbə ərazində yaşayan Xocavənd əhalisi yay m9vsümündə susuzluqdan əziyyət çəkir. Dövlətin bütün yuxarı orqanlarına və dəfələrlə Melorasiya və Su Təsərrüfatı ASC-nin qaynar xəttinə , telefinla, teleqramla, məkrubla müraciət ediblər. Cəmiyyətin sədr müavinin rayona gəlməsinə baxmayaraq, yenə də əhalinin su problemi hələ də həll olunmayıb.
Rayon əhalisi bunun səbəbini rayona gələn su kanalının üstünə oliqarxlar tərəfindən 57 su vuran nasos qoyulması ilə izah edirlər. Bu oliqarxların sırasında ASC-nin sabiq sədri Əhməd Əhmədzadə və qudası Milli Bankın şefi Elman Rüstəmov da var!..
Dəfələrlə müraciət olunmasına baxmayaraq, problem həll olunmadığına görə, rayon əhalisi magistral avtomobil yolunu bağlamaqla aksiya keçirmək qərarına gəliblər.
Mahir