Beyləqanlılar DTX-nı çağırır!... - icra başçısı həddini aşıb
Əhali Asif Ağayevin həbsini istəyir
SOCAR dövlət neft şirkətini özəl təsərrüfat kimi idarə edən Rövnəq Abdullayevin himayəsinə sığınan Beyləqanın icra başçısı rayona təyin olunduğu 3 ilə yaxın vaxt ərzində nə ölkə qanunlarına, nə rayon əhalisinin şikayətlərinə, nə ölkə Prezidentinin göstərişlərinə əməl etmir. İcra başçısı ilk gündən yalnız özünün gəlir və qazanclarına və şəxsi maraqlarına xidmət edir.
Beyləqan əhalisinin bütün təbəqələri icra başçısının dövlətin qanunlarına və rayonun əhalisinin müraciət və şikayətlərinə göstərdiyi hörmətsizliyə görə, dövlətin yuxarı orqanlarına ardıcıl şikayətlər etsələr də, bu şikayətlərə baxan və xalqın səsini eşitmək istəyən cavabdeh məmur tapılmır! Acınacaqlı hal kimi qeyd edirəm ki, yuxarı hakimiyyət orqanlarında çalışan məmurların icra başçısı Asif Ağayevin fəaliyyətində əhalini narazı salan nöqsanların heç biri ortadan qalxmayıb. Əksinə, icra başçısının fəaliyyəti və əhaliyə münasibəti daha da pisləşib...
A. Ağayevin rayonun Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qənim kəsildiyini sözlə⁵ sübut etməyə ehtiyac yoxdur. İkinci Qarabağ mühsribəsində 130-dan çox şəhid verən Beyləqandan istənilən şəxsdən soruşmaq, yaxud şəhid, qazi və müharibə veteranlarından bir neçəsinin yaşadığı şəraitə baxmaq kifayətdir!..
İcra başçısı əhalinin narazılığının qarşısını almaq barədə düşünmədiyini rayon əhalisi aydın hiss edir. Rayon əhalisinin narazlıqlarını və şikayətlərini təbii hesab edən icra başçısı Asif Ağayev, görünür bu cür yanaşmanı xaricidəki dostları Azya Tenyan, Soso Vardanyan və Patoş Koçaryandan öyrənib...
Asif Ağayev barədə mətbuatda belə bir xəbər dəqq yayılıb ki, o, xidməti telefona heç vaxt cavab vermir, iş otağında olduğu halda, telefonun dəstəyini qaldırmağı özünə rəva görmür. Belə çıxır ki, Beyləqan rayonunda dövlət rabitə sistemi haqqında qanun qüvvədən düşüb?!..
Asif Ağayevdən nə desən, gözləmək olar, çünki o, rayon rəhbəri kimi ortada görünmür, vaxtını ancaq kabinetdə keçirir. Rayon əhalisi yalnız idarə, müəssisə, təşkilatlardan və ticarət obyektlərdən pul yığılanda rayonun icra başçısının olduğunu hiss edir, qalan vaxtda rayonda rəhbər olduğu zərrə qədər hiss olunmur! Rayonda tüğyan edən rüşvət və korrupsiya isə, öz ahəngi ilə işləyir...
Asif Ağayev vəzifəyə təyin olunduğu gündən Beyləqan rayonunun Haramı adlanan ərazisində sovet dönəmində 40 min qoyun bəslənən "Dostluq" təsərrüfatının bazasında yaranmış dövlət damazlıq təsərrüfatının min hektarlarla torpaqlarını icarə adı ilə kənar şəxslərə satıb. "ARAN" adlı dövlət təsərrüfatı icra başçısının həmyerlisinə həvalə olunub, o da başçının rüşvət və korrupsiya kisəsinə qulluq edir...
İşin içində olan şəxslərdən birinin verdiyi məlumata görə, İcra başçısı dövləti xidmətində olan əmlakları mənimsəmək üçün yol tapıb, adamlarının adına çox sayda MMC-lər təsis edib, ölkənin qanunlarını saqqız kimi çeynəyir və ayağının altina atır, şəxsi qazanc naminə xalqa və dövlətə qarşı ağır cinayət işlədir, saxta tenderlə özünün əlbir olduğu şirkətləri qalib elan edir və dövlət pulunu mənimsəyir. Tanıyanların verdiyi məlumata görə, Asif əkə övladlarını hərbdən gizlədib, onların hərbi biletləri olsa da, xidmət etdikləri hərbi hissələri tanımadıqları deyilir. İcra başçısının övladlarının Bakıda və xaricdə şirkət sahibidirlər. Bu şirkətlər SOCAR-dan, Şamaxıdan və Beyləqandan Asif Ağayevin rüşvət, korrupsiya vasitəsilə yığdığı milyonlarla yaradılıb...
Asifağayevlər barədə tənqidi yazıların mediada verilməsinin xalqa və dövlətə xidmətin bir nümunəsi olduğunu Asif Ağayevin dərk edəcəyi məsələlərdən deyil! A. Ağayevin faciəsi odur ki, rayonda ona tapşırılmış icra başçısı vəzifəsinə rüşvət, kortupsiya, maxinasiya mənbəyi kimi baxır. Tənqidi yazılar isə, İlk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin start verdiyi məmur dələduzluğuna, özbaşınalığına, rüşvət və korrupsiya cinayətlərinə qarşı mübarizəyə verilən güclü dəstəkdir!...
Vaxtının çox hissəsini xarici və daxili düşmənlə mübarizəyə sərf etməli olan ölkə Prezidentinin iş qrafikinin sıxlığından sui-istifadə edən və əyləşdiyi kürsünün imkanından şəxsi məqsədi üçün istifadə edən Asif Ağayev kimi, cinayətkar ünsürlərə qarşı mübarizə aparmağın səmərəli yollarından biri də tənqiddir. Məmurların fəaliyyəti barədə vaxtaşırı mətbuatda dərc olunan tənqidi materiallar məmurların fəaliyyətinə nəzarəti gücləndirməyin ən yaxşı vasitəsidir...
Ölkə Prezidentinin həyata keçirdiyi sərt tədbirlər nəticəsində qısa müddət ərzində bir sıra nazirlər, komitə sədrləri, icra hakimiyyəti başçıları, digər vəzifəli şəxslərin cinayət törətdiyi aşkarlandı. DTX və Baş Prokurorluğun keçirdikləri operativ əməliyyatlar nəticəsində onlar həbsə alınmış və hazırda onların barələrində cinayət təqibi davam edir! Görülmüş bu tədbirlər müsbət nəticə versə də, ölkədə bu istiqamətdə görüləsi işlər hələ çoxdur, çünki dişi qana batmış canavar kimi, əli rüşvət və korrupsiya nəcisində oynayan vəzifəli şəxslər hələ də cinayət əməllərindən tam əl çəkməyiblər...
Dövlətimizi qətiyyətlə, təmkinlə, səbrlə idarə edən Prezidentimiz ölkədə mövcud mənfi və eybəcər hallara qarşı ciddi mübarizə aparmaq işindən dönmək fikrində olmadığını gündəlik işilə sübut edir.
Beyləqan əhalisi öz Prezidentinə inanır, güvənir və ümid edir ki, RİH başçısı Asif Ağayev kimi, korrupsaner, rüşvətxor, özbaşına, xalqa yuxarıdan aşağı baxan və dövlətə qarşı cinayət işləməkdə mahir olan vəzifəli şəxslər barədə ciddi ölçü götürülməsi bundan sonra da davam edəcəkdir!..
Mahir