Özəl klinikalarda vaksin alveri...

Özəl klinikalarda vaksin alveri...
 

Bakıda özəl klinikalarda vaksinasiya olunmaq istəyənlərdən müayinə adı altında əlavə ödəniş tələb edilir.

“Caspian İnternational Hospital”da vaksin vurdurmaq üçün müraciət edən şəxslərdən 30 manat məbləğində pul alınıb.

Vətəndaşların bildirdiyinə görə, 30 manatlıq “müayinə” təzyiqin ölçülməsindən ibarətdir.

Məsələ ilə bağlı bir neçə tibb müəssisəsindəki vəziyyətlə maraqlandıq:

Məlum oldu ki, özəl klinikaların böyük əksəriyyətində vaksinasiya prosesi həyata keçirilmir.

Vaksinasiya olunan yerlərdə isə bir nəfər üçün 30-50 manat arası vəsait tələb olunur.

“Leyla Medical Center”dən əməkdaşımıza bildirilib ki, vaksinasiya olunmaq istəyən şəxs kassaya 30 manat vəsait ödəməlidir: “Vəsait həkim müayinəsinə görə tələb olunur”.

Baş verənlərlə bağlı TƏBİB-dən Bakupost.az -a bildirilib ki, vaksinlərin paylanılması vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB tərəfindən həyata keçirilmir: “TƏBİB yalnız Abşeron, Sumqayıt və bölgələrdə vaksinasiya həyata keçirir. Vaksindən öncə müayinə olunmaq isə ödənişsizdir”.

Qeyd edək ki, ölkədə vaksinasiya prosesi könüllülük prinsipi əsasında, pulsuz olaraq həyata keçirilməlidir.

0.078402042388916