MİNALARIN MESAJLARI
- Azərbaycanın üç övladı mina partlaması nəticəsində şəhid oldu. Bu, ilk faciə deyil, təəssüf ki, sonuncu da olmayacaq;
- bu faciələri ortaya çıxaran səbəbləri yox etməsək, nəticələr yox olmaz – nəticə nəticə ilə deyil, onu ortaya çıxaran səbəbləri yox etməklə sıradan çıxar;
- Qarabağ məsələsi həll olunmuşdur tezisinin yanlışlığı, çökdüyü açıq-aşkar, dəlilli-sübutlu, hər kəsin anlayacağı, görə biləcəyi şəkildə bir daha ortaya çıxmışdır;
- savaş bitməyib, biçim (şəkil, forma) dəyişdirib, terror, diversiya, mina ilə öldürmə mərhələsinə daxil olub, təbii ki, siyasi, iqtisadi, diplomatik, psixoloji savaş da güclənib;
- Laçın koridoru terror koridoruna çevrilib;
- Azərbaycan ərazilərinin minalanması sadəcə keçmişə aid cinayət deyil, minalanma bu gün də davam edir;
- minaları verənlər, basdıranlar, mina ilə öldürənlər deyirlər ki, Qarabağ sizin deyil, bu bölgəyə gəlməyin, işğaldan azad etdiyimiz bölgələri geri alacağıq, qisas var, Rusiyanın köləliyini qəbul edin;
- Rusiyanın Qarabağa yüklədiyi siyasi məna doğru anlaşılmasa, buna uyğun siyasi addımlar atılmasa, bu problem həll olunmaz;
- Rusiya üçün Qarabağ Azərbaycanı, Qafqazı, Türkiyə və İranı nəzarətdə saxlamaq vasitəsidir;
Bu sayacaqlarımız olmalıdır ki, Qarabağ problemi həll olunmuşdur hökmü verilə bilsin:
- Azərbaycan və Ermənistan arasında saziş bağlanmalıdır;
- tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar;
- Ermənistan ərazi iddialarından əl çəkməlidir;
- erməni quldur dəstələri Qarabağdan çıxarılmalıdır;
- işğalçı rus ordusu Qarabağdan çıxarılmalıdır;
- Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər;
- Azərbaycan Ana Yasası Qarabağda tətbiq olunmalıdır;
- Qarabağ bölgəsində Azərbaycanın dövlət qurumları yaradılmalıdır;
- Azərbaycan bayrağı Xankəndində dalğalanmalıdır;
- Azərbaycan bütün sərhədlərinə özü nəzarət etməlidir;
- Ermənistan vurduğu zərərə görə təzminat ödəməlidir;
- azərbaycanlılara qarşı tətbiq edilmiş soyqırımına görə cinayətkarlar hərbi tribunalda mühakimə olunmalıdırlar;
- Qazax rayonunun yeddi kəndi geri qaytarılmalıdır;
- Ermənistan minaladığı ərazilərin xəritəsini Azərbaycana verməlidir;
Azərbaycan Qarabağ məsələsini öz xeyrinə həll etmək istəyirsə, ölçülər bəllidir:
- ədalətə bağlı milli birlik;
- elmə, texnologiyaya, peşəkarlığa bağlı güclü ordu;
- ağıllı diplomatik fəaliyyət;
- Türkiyə ilə qardaşlığa əsaslanan hərbi ittifaq;
- etibarlı müttəfiqlərin sayını çoxaltmaq;
Bu ölçüləri qəbul etmək Rusiyaya dirənmək anlamını daşıyır. Rusiyaya dirənməliyik, belə ki Azərbaycanın əsas problemi Ermənistanla deyil, Rusiya ilə bağlıdır. Rusiya ilə bağlı problemlər həll olunmadan Ermənistanla bağlı sıxıntılar həll olunmaz. Rusiyaya dirənmək üçün iki şərtə ehtiyac var: daxili güc, xarici dəstək. Daxili gücün qaynağı ədalətə bağlı milli birlik, xarici dəstəyin qaynağı etibarlı müttəfiqlərdir.
Siraceddin Haci