Azərbaycanda kişinin azyaşlı qızına işgəncə verməsinin görüntüləri - ANBAAN VİDEO
“Azərbaycanda doqquz yaşlı qız atasından şiddət görür”. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-nı işgəncə verərək döyüb: “Həmin şəxs “WhatsApp” vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.
Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrılıblar və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir”, - deyə K.Ağazadə əlavə edir.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.