Paşinyanın cangüdənləri seçicini vəhşicəsinə döydü - Video
Nikol Paşinyanın mühafizəçiləri “Nikol, xain!” ifadəsini səsləndirən vətəndaşı vəhşicəsinə döyüblər.
Paralel.az xəbər verir ki, bu barədə "Mediaport" “Telegram” kanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, ağır vəziyyətdə olan vətəndaşı maşına mindirib hadisə yerindən aparıblar.
"Mediaport" kanalının yayımladığı video Paşinyanı müşayiət edən cangüdənlərin vətəndaşın arxasınca necə qaçdığını göstərir.