ƏƏSM naziri Sahil Babayevə "DAYAN"!-deyən tapılacaqmı?!

ƏƏSM naziri Sahil Babayevə
 

Nazirin "diversiya dəstələri" xalqı dövlətə qarşı qaldırır

Azərbaycan xalqının kasıb, Sahil Babayevin dövlətin sosial müdafiəsindən məhrum etdiyi əlil və xəstə hissəsi, o cümlədən işsizlər hazırda ölkənin yüksək rütbəli çinovnikləri tərəfindən ağır duruma düşüb. Hakimiyyət çinovnikləri hədlərini o dərəcədə aşıblar ki, hətta Ermənistanla torpaqlarımız azad etmiş, vətən müharibəsində əzmkarklıq və qəhrəmanlıq göstərib, düşmənlə vuruşmuş, qələbəni təmin etmiş, nəticədə şəhidlik zirvəsinə ucalmış və əlil olmuş kasıb balalarının valideynlərinin və əlillərin müraciətlərinə belə baxmırlar!

Sanki, xalq ölkədə "məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya mühiti"lə üzbəüz dayanıb! Xalqın səsi, harayı ölkənin heç bir qurumunda eşidilmir! Ölkə Prezidentinə hörmətlə, ehtiramla yanaşan, onun cəsarətli rəhbərliyinə ümid edən xalqa qarşı hədsiz qəsd və zülm edilməsi başa düşülmür...

Məsəlın, 3 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna gətirilən Sahil Babayev xalqa qarşı amansızlığı ilə öndə gedən məmurların siyahısına başçılıq etməsi xalqı çox qəzəbləndirib. Hazırda həbsdə olan sabiq nazir Səlim Müslümovun cinayətkar fəaliyyətinin nəticələrini aradan qaldırmaq pərdəsi altında saxta əlillik əldə etmiş şəxslərdən daha çox, həqiqi mənada şikəst, xəstə insanların yeganə yaşam, həyat mənbəyi olan təqaüdləri kütləvi şəkildə dayandırmaqla, S. Babayev xalqın əlil kəsiminə qarşı ağır cinayət törədir!
Seçdiyi fəaliyyət kursunun məramını əhalinin sosial müdafiəsi sahədə sabiq nazirin zamanında törədilmiş cinayətləri aşkar edib, nəticəsini aradan qaldırmaq elan etsə də, nazir S. Babayev xalqın xəstəlikdən əziyyət çəkən əlillərinə qarşı genosid siyasəti həyata keçirir!

Nazirlikdə və onun rayon şöbələrində əlillərin səsini eşidən, şikayətini dinləyib, tədbir görən bir nəfər məmur belə, tapmaq mümkün deyil. Dərdinə çarə tapmayan Xalq artıq ayaqdadır, ikinci Qarabağ müharibəsində düşmən üzərində qazanılmış qələbənin belə, yaratdığı eyforiya və müsbət ovqat qızmar günəş altında tez əriyib suya dönmüş qar kimi, yox olub gedib, ölkədə artıq heç kimi yalan və yağlı vədlərlə aldatmaq mümkün deyil!..

Hazırda müstəqil mediada və bütün cəmiyyətdə yüksək dərəcədə tənqid olunan, Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin cinayətkar, ədalətsiz və rüşvətxor fəaliyyətinə qarşı etiraz edən millətin səsi, harayı, hətta Prezident Sarayında belə, görəsən, niyə eşidilmir?!..

Röyal

0.089240074157715