Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
Azərbaycanın kosmetik şirkəti olan "Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə ikinci dəfə artırıb. Azadsoz.com xəbər verir ki, bu ilin martın 2-də şirkətin nizamnamə kapitalı 22.26 milyon manatdan 26.50 milyon manata qədər artırılıb.
Kosmetika şirkəti sonuncu dəfə nizamnamə kapitalını cari ilin yanvar ayında 3.5 milyon manat artırmışdı. Bu da bir neçə ay ərzində 7.7 milyonluq əlavə artım deməkdir.
08.05.2009 tarixində yaradılan şirkətin qanuni təmsilçisi Nərmin Vəkil qızı İsmayılovadır. "Gazelli Group” 1999-cu ildə AZAL prezidenti Cahangir Əsgərovanın həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis edilib.
"Gazelli Group” MMC-nin qanuni təmsilçisi olan Nərmin İsmayılova hazırda həm də ölkədə ən böyük parfumeriya və kosmetik mağazalar şəbəkəsi olan "İdeal”ın direktorudur.
"İdeal” mağazalar şəbəkəsinin Cahangir Əsgərovun biznesinə daxil olub-olmadığını demək çətin olsa da AZAL prezidentinin ailə üzvləri milyardlıq biznesə sahibdir. "Gazelli Group”un təsisçisi Zərifə Həmzəyeva həm də əvvəlki adı "Bank Silk Way” olan "Premium Bank” ASC-nin sahibidir. Zərifə Həmzəyevanın "Premium Bank” ASC-dəki rəsmi payı 84,5 faizdir.
Qeyd edək ki, araşdırmaçı jurnalistlər Cahangir Əsgərovun ailə üzvlərinin ölkə daxilində və xaricində 30-dan çox şirkətə nəzarət etdiyini bildirirlər:
Həmin şirkətləri təqdim edirik:
-
SW Airways, INC.
-
SW G650 VIP Jets S.A
-
SW CARGO, INC.
-
SW G650 BUSINESS JETS, S.A
-
SW BUSINESS JETS, INC. (Bu 5 şirkət 28 dekabr 2007-ci il-11 aprel 2008-ci il tarixlərində Panamada, ofşor zonada yaradılıb).
-
International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI)
-
Silk Way Airlines (Lüksemburq) Şirkət nömrəsi: B161559 //www.etat.lu/memorial/2011/C/Pdf/c1899198.pdf
-
SİLKWAY KARGO TAŞIMACILIĞI VE TURİZM LİMİTED ŞİRKETİ (İSTANBUL DÜNYA TİCARET MERKEZİ A2 BLOK KAT.9 NO.306 YEŞİLKÖY)
-
"Silk Way Holding” MMC
-
"Silk Way Development” MMC
-
"Silk Way Connect” MMC
-
"Silk Way West Aviaşirkəti” MMC
-
"Silk Way East Aviaşirkəti” MMC
-
"Silk Way İnvestment” MMC
-
"Silk Rovv Travel” MMC
-
"Silk Way Aviaşirkəti” MMC
-
"ASG Business Aviation” MMC
-
"ASG Servis” MMC
-
"ASG Helicopter Services” MMC
-
"Duty Free. AZ” MMC
-
"Hotels Qrup” MMC
-
"Azbiznesservis” MMC ("Garabag Resort and Spa ” oteli)
-
"İpək Yolu Sığorta” ASC (Cəmilə və Məlahət Əsgərovalar, hər biri – 38,74% və "Silk Way Aviaşirkəti” MMC – 19,05%)
-
"Premium Bank” ASC. Zərifə Həmzəyeva – 84,46%
-
"Şüvəlan P.F.K” MMC 26. "Turan Air” MMC 27. "VIP Aviasiya Xidmətləri” MMC (benefisiar sahiblik)
-
"Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri)
-
"Silk Way Cargo UA” LLC (Ukrayna) –Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.
-
"Cargo Hub” LLC (Ukrayna) – Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur. 31. Özəl Şirkəti "IEVROAZIIA” (Ukrayna)
Həmçinin, Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA” hoteli, Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE” hoteli, Tiflisdə bahalı "Veranda” restoranı, Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino, Naftalanda "Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi, İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi”, Nabranda 30 ha sahədə villa, Qala qəsəbəsində 265 ha badam bağının AZAL şefinə məxsus olduğu iddia olunur.
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.