Anar Mahmudovun bağlanan şirkəti 220 min 708 manat vergi borcunu ödəyib

Anar Mahmudovun bağlanan şirkəti 220 min 708 manat vergi borcunu ödəyib
 

"Kristal İnşaat" MMC (VÖEN: 2001158291) ləğv olunduğunu elan edib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetində yayımlanıb.

Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23A ünvanına bildirə bilərlər. "Kristal İnşaat" MMC 07.02.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Mahmudov Musa Məmməd oğludur.

Onu da bildirək ki, "Kristal İnşaat" MMC-nin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

Aparılan araşdırmaya görə, bir müddət əvvəl "Kristal İnşaat" MMC-nin dövlət büdcəsinə böyük həcmdə - 220 min 708 manat 25 qəpik vergi borcu olub. Son bir ildə qeyd olunan məbləğ dövlət büdcəsinə ödənilib.

"Kristal İnşaat" MMC ilə eyni ünvanda - Xətai rayon, Yusif Səfərov, ev 23A-da bir-sıra şirkətlər qeydiyyatdadır və bu şirkətlərin faktiki sahibinin sabiq milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudov olduğu bildirilir. Rəsmi sənədlərdə Eldar Mahmudovun oğlu Anar Mahmudov "Diqlas-1" MMC-nin qanuni təmsilçisi olduğu qeyd olunur.

Eyni zamanda Anar Mahmudovun "Caspian Crystal Holdinq"in İdarə heyətinin sədri olduğu göstərilib. "Kristal İnşaat" MMC də "Caspian Crystal Holdinq"lə eyni ünvanda yerləşir.

Bir müddət öncə media da yayılan məlumatlara görə, Anar Mahmudovun Bakıda birbaşa və dolayı sahibliyində və idarəçiliyində 20-dən çox yerli şirkət var. 

Yayılan məlumatlara görə, Anar Mahmudov Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi, “Wine City” adlı şərab butikləri daxildir. Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxil idi.

Həmçinin, media da yayılan məlumatlara görə, Anar Mahmudovun Londonda da yatırımları var. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londonda bir şirkətin - “Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir.

Anar Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu barədə mediada məlumatlar yazılırdı.

0.02090311050415