Lənkəranda İcra hakimiyyətinin vəzifəli şəxsləri rüşvət almaqda təqsirləndirilir

Lənkəranda İcra hakimiyyətinin vəzifəli şəxsləri rüşvət almaqda təqsirləndirilir
 

Lənkəranda İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.

APA.az xəbər verir ki, Şürük kənd üzrə icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər. Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Lənkəranda İcra Hakimiyyəti başçısının Şürük kənd üzrə icra nümayəndəsi Faiq Köçəriyev və Vilvan kənd üzrə icra nümayəndəsi Ağayar Yusubovun cinayət işi üzrə ibtidai istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

0.024895191192627