Xırdalan şəhərində abadlıq işlərinə 1,4 milyon manat ayrılıb
Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “MSDIS Holding” MMC olub.
Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi “MSDIS Holding” MMC -yə Xırdalan şəhərində abadlıq və təmir işlərinin görülməsi üçün 1 milyon 362 min 482 manat 86 qəpik ödəyəcək.
Abadlıq və təmir işləri "Ana və uşaq" parkında, “Əlillər binası” parkında, Heydər Əliyev prospektində, "1941-1945" parkında, M.Ə.Rəsulzadə küçəsində, Bakı -Sumqayıt yolunda və H.Əliyev parkında aparılacaq.
Məlumat üçün bildirək ki, “MSDIS Holding” MMC təxminən 1 il əvvəl – 10.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 2 milyon 572 min 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xətai pr. Ev 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
Onu da bildirək ki, Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.
“MSDIS Holding” MMC-nin rəsmi saytında bildirilir ki, şirkıt 1 il əvvəl yaranmasına baxmayaraq 312 layihə həyata keçirib. Abşeron rayonu ərazisində fəaliyyət göstərən “MS OIL” yanacaqdoldurma məntəqələrinin sahibi də “MSDIS Holding” MMC-dir.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli əmri ilə Yusubov Rafiq Möylə oğlu Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
Yusubov Rafiq Möylə oğlu – 22 iyul 1978-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1984-1995-cü illərdə 1 №-li Sadaxlı kənd orta məkətəbəində oxuyub.
1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının "elektron energetika” fakültəsini bitirən R.Yusubov 2000-2001-ci illərdə Bərdə rayonununda hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 2001-2003-cu ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) mühəndis-operator olaraq başlamış, 2003-2006-cı illərdə DTXK-da mühəndis, 2006-2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışmışdır.
2008-2010-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisasına yiyələnib.
Mənbə Yeniavaz.com