Alı Qocayev "Azərsu” ASC-yə rəhbər gətirilir?
"Azərsu” ASC-yə iki həftədən çoxdur rəhbər təyin olunmayıb. Bir müddət öncə media da yayılan məlumatlara görə, “Azərsu” ASC-yə rəhbər şəxs kimi Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanılıb.
Məlumat üçün bildirək ki, Alı Qocayev Milli Məclisin eks-spikeri və deputat Oqtay Əsədovun qudasıdır. Uzun müddət Alı Qocayev "Azərsu" ASC sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olmuşdur.
Ehtimal etmək olar ki, Milli Məclisin eks-spikeri və deputat Oqtay Əsədov üçün daha əlverişli variant məhz Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin bu posta gətirilməsidir.
Mətbuatda yayılan digər məlumatlara görə isə "Azərsu" ASC-də islahatların gedəcəyi və kommunal xidmət müəssisəsinin hansısa quruma və ya nazirliyə birləşdiriləcəyi ilə bağlı söyləntilər var.
İddia olunur ki, "Azərsu” ASC İqtisadiyyat Nazirliyinə, yaxud İnvestisiya Holdinqinin səlahiyyətlərinə veriləcək. Digər məlumatlara görə isə Meliorasiya və Su Təsərrüfatı ASC ilə birləşdiriləcək.
Ekspertlərin fikrincə, bütün kommunal təsərrüfatların birləşdirilməsi ideyası da gündəmdədir. Yəni, "Azərsu”, "Azəriqaz”, "Azərişıq”, "Azəristilik” kimi şirkətlər bir mərkəzdən idarə olunacaq.
Qeyd edək ki, "Azərsu” ASC yeyinti və şikayətlərə görə tənqid olunan müəssisələrdəndir.