Kəbirə Məmmədova unutmayın ki, yanan ocaqların sönən vaxtı var: Dinə, imana gəlin, aldığınız pulu qaytarın! - Birinci vitse-prezidentə MÜRACİƏT

Kəbirə Məmmədova unutmayın ki, yanan ocaqların sönən vaxtı var: Dinə, imana gəlin, aldığınız pulu qaytarın! - Birinci vitse-prezidentə MÜRACİƏT
 

Tanınımış işadamı Kəbirə Məmmədova tərəfindən aldadılaraq, 220 000 (iki yüz iyirmi min) dollar pulunu vermədiyi ağsaqqal, açbirçək ər-arvad Nəsib və Suqra Daşdəmirovlar Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Şikayət məktubunun bir nüsxəsi də saytımızın redaksiyasına göndərilib. Zərər çəkən Nəsib və Suğra Daşdəmirovların şikayətində deyilir: 

Hörmətli Mehriban xanım,

İzn verin, dəyərli vaxtınızı aldığımıza görə dəfələrlə üzrxahlıq edək və məlumat üçün bildirək ki, qapınıza pənah gətirməyimizə zərurət yaradan Sizin haqqı, ədaləti həmişə dəstəkləməyiniz, kimsəsizlərə, tərəfsizlərə, ağır xəstələrə qayğı və diqqətiniz, eləcə də zəhminiz və əməllərinizə görə xalq arasında formalaşan nüfuzunuzdur.

Siz xalqımızın ən çətin dramatik anlarında da millətimizi tənha qoymamısınız, öz qayğı və diqqətinizi heç kimdən əsirgəməmisiniz. Bütün bunlara görə də ümumxalq məhəbbəti qazanmısınız.

Azərbaycanın lider qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi -əxlaqi dəyərləri özünüzdə birləşdirir və məmləkətimizi bütün dünyada ləyaqətlə tanıdır və təmsil edirsiniz. Siz, həyatımızın bütün sahələrinə nüfuz edir və aramsız uğurlara imza atırsınız. Siyasi rəhbər kimi fəaliyyətinizdə ən yaddaqalan məqamlardan ən başlıcası Sizin ədalət, humanizm və insanpərvərlik ideyalarını həmişə rəhbər tutmağınızdır.

Sirr deyil ki, Siz daim xalqın yanında olur, xüsusən də fiziki və əqli məhdudiyyətləri olan insanlarla görüşür, sosial müdafiəyə ehtiyacı olan təbəqələrə mübtəzəm qayğı göstərirsiniz. Artıq gündəlik həyat tərzinizə çevrilən hər bir xeyirxah əməliniz Məhəmməd Peyğəmbər Əleyhissəlamın buyurduğu kimi 100 ilin ibadətinə bərabərdir, Mehriban xanım!

Sizin maddi – mənəvi dəstəyinizə yüzlərlə ağır xəstələr şəfa, çoxlu sayda ailələr nicat tapıb.

Cəsarətlə demək lazımdır ki, Siz kimsəsizlərin, yoxsulların və arxasızların dayağısınız.

Hörmətli Mehriban xanım,

Hələ XII əsrdə yaşayıb, yazıb yaratmış Şeyx Babamız Nizami Gəncəvi əsərlərinin birində deyirdi:

Çalış ki xalqının işinə yara,
Geysin əməlindən ellər zər-xara.

Göründüyü kimi daihlər dahisi bu misralarını sanki Sizin humanist əməllərinizə ithaf etmişdir.

Hörmətli Mehriban xanım,

Qısaca məlumat verək ki, biz bu günə qədər heç bir orqana ərizə yazıb göndərməmişik, kimsəyə zəhmət verməməişik. Lakin məcburiyyət ünvanınıza pənah gətirməyimizi qaçılmaz etmişdir.

Hörmətli Mehriban xanım,

İcazə verin “Binə Ticarət Mərkəzi”nin təsisçisi və rəhbəri Kəbirə Məmmədovanın başımıza gətirdiyi müsibətlər barədə qısaca məlumat verək.

Biz onunla müddətsiz müqavilə imzalayaraq onun rəhbəri olduğu “Binə Ticarə Mərkəzi”ndə 5 mağaza almışdıq. Mağazaların yeri bizi razı salmadığından mağazaların yerini dəyişdirməyə 40 min dollar, mağazaların təmirinə 20 min dollar və 6 min dollar qapı pulu vermişik.

Göründüyü kimi Kəbirə Məmmədova bizi aldadaraq, üst-üstə bizdən 220 min Amerika dollarından çox pul almış, lakin uzun müddət keçəmsinə baxmayaraq pulumuzu qaytarmır.

Onu da bildirmək lazım gəlir ki, ona verdiyimiz dollar oğlumuzun Moskvadan göndərdiyi vəsait hesabına mümükün olmuşdur. Biz çalışırdıq ki, aldığımız 5 mağazanı icarəyə verib, xoş güzəranımızı təmin edək, lakin qismət olmadı, Kəbirə Məmmədova gözümüz baxa-baxa pulumuzu mənimsədi.

Hər dəfə gedib onunla görüşüb pulumuzu istəyirik, bizimlə kobud davranır, bizi ən nəlayiq kişi söyüşləri ilə təhqir edir, ölümlə, həbslə hədələyir və bir çox rəhbərlərlə yaxın dost, qohum olduğunu dilə gətirir.

Bizə təəccüb təsiri bəxş edən cəhət budur ki, görəsən yüzlərlə çirkin, qanunazidd əməlləri bəlli olan, rəhbəri olduğu ticarət mərkəzində hər gün, hər saat kiçik mülkiyyətçiləri, insanları təhqir edən, hüquqlarını tapdayan Kəbirə Məmmədovanı müdafiə edən kimdir? Bəlkə insanları aldatmağa, təhqir etməyə onun xüsusi lisenziyası var?

Hörmətli Mehriban xanım,

Biz el ağsaqqalı, el ağbirçəyi olaraq ömrümüzün qürub çağlarını yaşayırıq. Allah Taalanın bəxş etdiyi gödək ömür payının ən mənalı, məzmunlu illərini artıq arxada qoymuşuq. Belə demək mümkündürsə həyatda qonağıq.

Sizdən savayı heç kimimiz yoxdur. Yeganə ümidimiz, pənahımız Sizsiniz. Allah xatirinə, qanunlar, insanlıq naminə heç kimdən əsirgəmədiyiniz köməkliyinizi bizdən də əsirgəməyin, xahiş edirik. Ümidvarıq ki, müraciətimizi xüsusi nəzarətə götürəcək, Kəbirə Məmmədovadan ala bilmədiyimiz 240 min Amerika dollarının qaytarılması ilə bağlı müvafiq orqanlara göstəriş verəcəksiniz.

Ulu Yaradanımız kölgənizu millətimizin başı üstünsdən əksik etməsin, Szi daim hifz etsin. İlahi Amin!

Hörmətli Mehriban xanım,

İndi isə izn verin ağsaqqal, ağbirçək borcumuzu yerinə yetirərək Kəbirə xanıma tövsiyələrimizi bildirək:

Kəbirə xanım, Bakı milyonçularından biri keçmişini ununtmamaq naminə palanını gözünün qarşısına asarmış, sən də gərək “kamaz” sürücüsü işlədiyin günləri unutmayasan. “mənəm”, “mənəm” dediyin bəs edər. Görün, dahi şairlərdən biri nə gözəl deyib:

Heç kim mənəm deyib şeşələnməsin,
Yanan ocaqların sönən vaxtı var!
Ömürlük səmada quş da dayanmaz,
Onun da göylərdən enən vaxtı var!

Qaynaya-qaynaya qazan daşanda,
Sərhəddi adlayıb həddi aşanda,
Fələyin yanına yaxınlaşanda,
Təkərin geriyə dönən vaxtı var!

Çox gec də olsa da, Kəbirə xanım, fikirləşin nəticə çıxarın və pulumuzu qaytarın.

Əlaqə telefonu: 055 992 01 00

Səmimi hörmətlə: Nəsib, Suqra Daşdəmirovlar

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayətilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.

0.02238392829895