Goranboyun icra başçısı Məhərrəm Quliyevin vətəndaşa verdiyi sərəncamı Xocalı RPŞ-nin əməkdaşları tanımır?
Hər il olduğu kimi yaylaq mövsümünün gəlişi ilə bağlı Qərb bölgəsindəki əksər dağ rayonlarının giriş-çıxışlarına polis postları qoyulur. Ancaq qoyulan bu polis postlarının hamısı qanunlara xidmət etmir. Belə ki, vətəndaşların şikayəti əsasında məlum olur ki, bəzi polis postlarında vəzifə borclarını yerinə yetirənlər müxtəlif vasitələrlə mal-qoyun sürülərinin sahibləri incidilir və bir çox hallarda onlardan rüşvət alınaraq, soyulurlar.
Elə ölkə başçısına və baş prokurora məktub ünvanlayan Kəlbəcər rayon Zar kənd sakini İbrahimov Arif Misir oğlu da incidilən təsərrüfat sahiblərindən biridir.
O, Kəlbəcər rayon Zar kənd sakini İbrahimov Arif Misir oğlu Xocalı Rayon Polis Şöbəsindən şikayətçidir. Bu haqda dünyanınsəsi.az saytının redaksiyasına Arif İbrahimovun özü məlumat verib.
Şikayətçi bildirir ki, Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Zaur Nəbiyevin göstərişini yerinə yetirən Elvin və Xəyyam adlı polis əməkdaşları yaylağa köç edərkən onun qarşısını kəsiblər:
“Xocalı RPŞ-nin əmədaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşınalıqla məşğul olur. Onların bu hərəkətləri polis rəisi Zaur Nəbiyevin göstərişilə edildiyi deyiir.
19.05.2020-ci il tarixdə yay mövsümünün gəlişi ilə əlaqədar olaraq, öz köçümü yaylağa apararkən Xocalı RPŞ-nin adıçəkilən əməkdaşları Goranboy rayonun Qaraçinar kəndinin giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı.
Mən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən yaylaq ərazisində torpağın istifadəsi ilə bağlı sərəncamı onlara təqdim etdim. Buna baxmayaraq, polis əməkdaşları onlara 200 manat “hörmət” etməyimi dedilər. Onlar bildirdilər ki, bu məsələ bizlik deyil, yuxarının göstərişidir və sizin köçü buraxa bilmərik”.
Arif İbrahimov şikayət məktubunda onu da yazır ki, polis əməkdaşlarının özbaşınalığı nəticəsində həmin vaxt köçdə olan ailə üzvüləri saatlarla qızmar günəşin altında saxlanılıb:
"Hansı qanunla polisə hüquq verilib ki, polis əməkdaşları köç maşınlarını saatlarla saxladıb, insanlara işgəncə versin?! Bu, Goranboyda baş verən ilk belə hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya bulaşdığı deyilən və “dayısı” Prezidentinin Ərazi-təşkilat Məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevə güvənən icra başçısı Məhərrəm Quluyevin “mükəmməl idarəetməsi” sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb."
İcra başçısının göstərişi ilə polis özbaşınalığına məruz qalan təsərrüfat sahibi Arif İbrahimov şikayət məktubunun sonunda Prezident İlham Əliyevə, DİN rəhbəri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə üz tutaraq bildirir ki, hazırda Goranboy rayonunda idarəçiliyin vəziyyətinin araşdırılmasına ciddi ehtiyac var:
“Cənab Prezident, digər rayonlarda olduğu kimi Goranboy İcra Hakimiyyətinə də “dur” deməyin vaxtı deyilmi?! Mən mətubat vasitəsilə Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm, Xocalı RPŞ-nin adları keçən əmkdaşalrının qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz."
P.S. Maraqlıdır, görəsən Xocalı Polis Şöbəsi də Göranboy icra hakimiyyətinə tabedir? Yoxsa, “qarşılıqlı əməkdaşlıq” haqqında müqavilə bağlayıblar?
Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Mənbə dünyanınsəsi.az