Deputatın polis qardaşı oğlu Ağcabədidə qanuna meydan oxuyur – VİDEO

Deputatın polis qardaşı oğlu Ağcabədidə qanuna meydan oxuyur – VİDEO
 

Ağcabədi rayonunda görülməmiş hadisə baş verib. Belə ki iki polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu və Əliyev Nicat Mirələm oğlu vətəndaşın avtomobilini öz şəxsi avtomobilləri ilə təqib edərək saxlayıb qanunsuz axtarışa cəhd ediblər. Daha sonra maşına əyləşərək şöbəyə aparılıb 5 saatdan çox saxlanılıblar.

Hokm.az-a müraciət edən zərərçəkmiş Əşrəfli Əşrəf bildirir ki, polisin müraciət zamanı xidməti vəsiqəsini təqdim etməməsi, qanunsuz maşında axtarış aparması, təhqiramiz ifadələrdən istifadə etməsi tamamilə şəxsi məqsədlərdən ibarətdir. Məsələ ilə bağlı 102 qaynar xəttinə müraciət olunsada Ə.Əşrəfin şikayət ilə bağlı Şöbəyə çağırılaraq izahat alınması baş tutmayıb.

Polis haqqında qanunu, Daxili İşlər Nazirliyinin təlimatını heçə sayan polis əməkdaşları vətəndaşı necə qoruya bilər? Polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlunun bu əməlinin cavabsız qalmasının ən böyük səbəbkarı və müdafiəçisi isə əmisi 25 illik Milli Məclis Deputatı, Aqrar siyasət komitəsinin sədri Rzayev Tahirdir. Görünür qanunverici orqan olan Milli Məclis deputatı qardaşı oğlunun müdafiəsi üçün bütün qanunları heçə saymaya və istədiyi vəzifə sui-istifadə və özbaşnalığını etməyə əmin edib.

Məsələ ilə bağlı zərərçəkmiş aidiyyatı orqanlara müraciət etdiyini qeyd edib.

Çəkilmiş video görüntüləri oxuculara təqdim edir:

0.020308971405029