Qorxmaz Hüseynov işdən qovulsa da, əməlləri davam edir

Qorxmaz Hüseynov işdən qovulsa da, əməlləri davam edir
 

İqtisadi əxlaq problemlərini, vicdansız məmurlar yaradır

 Son zamanlar ölkəmizdə baş verən iqtisadi əyintilər daha da dərinləşib. Cəmiyyətdə qanunlarımızın aliliyi təmin olunmadığından yalan və kələkdən istifadə edən dələduzların da sayı çoxalıb.  Obyektiv realığın əsas səbəblərinin gizlədilməsi, real secimlərdə qeyri-müəyyənliyin yaradılması, şübhəli işlərin, etibarlı iş kimi qələmə verilməsi, vergidən yayınmaq üçün gəlirlərin həcmini süni surətdə azaldılması buna əyani sübutdur. Son zamanlar bir çox anormallıqlar cəmiyyətdə adi hala cevrilib. Bu anormallıqlar nəticəsində yaranan  cəzasızlıq mühiti səbəbindən, cəmiyyətdə mənəviyyatsızlıq mühitinin formalaşması prosesi gedir.

 Tarixin istənilən mərhələsində verilən yanlış qərarlara, qanlı idarəetmə metodlarına, amansız mütləqiyyətə, avtoritar hakimiyyətə və irticaçı rejimə qarşı sərgilənən cəsarət ictimaiyyət tərəfindən dərin rəğbət və minnətdarlıqla qarşılanır. Hər kəsin qorxduğu, cox az adamın özünün və yaxınlarının həyatı ilə risk etdiyi bir məqamda sərgilənən cəsarət öz əzəməti gözlənilməzliyi və təkrarolmazlığı ilə diqqət cəkib və minlərlə, milyonlarla insanı bir anın içində irticaya qarşı mübarizəyə sövq edib.

Azərbaycanın bugünkü reallığında isə fırıldaq, yalan və dələduzluq ictimai bəlaya çevrilib. Bu yazıda həmin halların bir necəsi barədə danışmaq istəyirəm. Təxminən 5-6 il bundan əvvəl Biləsuvar rayonunun küçələrində "Asərsu" Acıq Səhimdar Cəmiyyətinin başbilənləri  dərin kanallar qazdılar, bir necə ay nəqiliyyatın hərəkəti iflic oldu, yayda toz torpaq, qışda palcıq vətəndaşlarda haqlı narazılıq yaratdı. İş sona catanda məlum oldu ki, quraşdırılma işlərinin düzgün aparılmaması səbəbindən suyun normal axını təmin olunmur. Öz nöqsanlarını ört-basdır etmək ücün sakinlərin mənzilindəki sanitar xətləri mərkəzi boru xəttinə birləşdirblər. Rayon sakinləri yay aylarında ifünət icində yaşamaq zorunda qaldılar. Rayonun əsas mərkəzi sayılan Heydər Əliyev kücəsində azacıq yağış yağan kimi sel-su gedir. Rayon İcra Hakimiyyətinin və digər inzibatı binaların yerləşdiyi mərkəzi kücələr, beləcə antisanitar vəziyyətə düşdülər. O vaxtdan bu məsələ hec kimin yadına düşmür. Görünür, dövlətin Biləsuvar rayonunda kanalizasiya infrastrukturunun yaradılması üçün ayırdığı milyonlarla vəsait kimlərinsə cibinə getdi. "O olmasın, bu olsun" filmində deyildiyi kimi, "Babalı Sərvərin boynuna". "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamı ilə 22 rayonun bəzi kənd və qəsəbələrində icməli su təminatının yaxşılaşdırılması ücün,"Azərsu"ASC-yə 14 milyon vəsait ayırılmışdı. Sərəncamda Biləsuvar rayonunun Xırmandalı kəndinin də adı var. Xırmandalı kənd sakinləri icməli su xəttinin çəkiləcəyini eşidəndə cox sevinmişdilər. Amma... Amması odur ki, mütəxəsislərin dediyinə görə, nəzərdə tutulan polieilen borularla kəndə cəkilən ana xəttin diametrinin 60-70 mm, küçələrə ayrılan boru xətlərinin diametrinin 25-30 mm olması, əhalinin suya olan tələbatını ödəyə bilməz. Eləcə də kəndlərdə kücələrin uzunluğu 1000 (min) metrdən uzun olduğu halda, küçənin yarısından da az məsafəyə boru xətti cəkilib. Xətt boyu 150-200 metrdən bir su bulaqları qoyulub və onlar da kücələrdə ümumi istifadə ücün nəzərdə tutulub. Bulaqların qoyluşunda kimin mənzilinin bulağa yaxın olması, vətəndaşın cibinin qalınlığından, yaxud "dayday"ın səlahiyyət gücündən asılı olub. Ümumiyyətlə, kəndlərdə su xəttinin hansı kücəyə cəkilməsində də maraqlar kəsişməlidir, yəni su çəkənlə, su çəkdirən ümumi "razılığ" gəlməlidir əks təqdirdə susuz qalacaqsan və s. Bu səbəbdən də, Xırmandalı kəndinin bəzi kücələrinə su xətti cəkildi və iş dayandırıldı...

 Biləsuvar rayonun Xırmandalı kəndinin 11 minə yaxın əhalisi, 7500 nəfər seçicisi olduğu halda, yuxarıda qeyd etdiyim kimi, əhalinin icməli su problemini həll etmək əvəzinə, sosial ədalət prinsiplərinin pozulması, qonşular arasında dava- dalaşa səbəb oldu. Bulağa yaxın olan sakinlər su xəttinə qoşulub, həyətlərindəki hovuzlarını su ilə doldursalar da, başqaları Biləsuvar Su-kanal idarəsinə xərclik verməklə, sudan qismən istifadə edə bilirlər... Nəticədə kənd əhalisinin yalnız 10-15 faizi icməli sudan istifadə edə bilir. Suyun verilməsində də  mütamadi olaraq problemlər yaşanır. Bu problemlərin yaranmasının əsas səbəblərindən biri də, kəndə verilən su xəttinə qanunsuz qoşulan 4 ha yaxın istixanadır ki, burada pomidor, xiyar becərilir.

 "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu günlərdə kənd və qəsəbələrə içməli su layihələrinin icrasını guya ki, davam etdirmək məqsədi ilə Xırmandalı kəndində yarımçıq qalan işlərini davam etdirməklə, Ağaverdi İmanov küçəsində icməli su xəttinin açlışını qeyd edib. Açlışda Biləsuvar rayon İH-nin Başcısı Faiq Qürbətov, "Azərsu" ASC-nin məsul əməkdaşı Vasif Əliyev, rayon Su-kanal idarəsinin müdiri Məmmədov Zaur, kəndin ağsaqqalı Akif Kazımov və kənd sakinləri iştirak edib. Açlışda Biləsuvar rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov cıxış edərək, kənd sakinlərini icməli su xəttinin açlışı münasibəti ilə təbrik edib.

 "Azərsu" ASC-nin əməkdaşı Vasif Əliyev cıxış edərək deyib:" Xırmandalı kəndinin müəyyən bir hissəsini əhatə edən içməli su layihəsi həyata keçirilib. Həmin layihə çərcivəsində kənddə 9,5 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 52 bulaq quraşdırılıb. Bu layihədən Xırmandalı kəndinin bir hissəsi, 4 minədək sakin faydalanacaq" və s. Görülən tikinti-quraşdırma işlərinin yarıtmaz olduğunu, Biləsuvar Su-kanal Sahəsinin müdiri Zaur Məmmədovun suyun verilməsində açıq "bazar" prinsiplərindən istifadə etməsi,  kənd sakinləri tərəfindən tənqid atəşinə tutulub. Xırmandalı 1 saylı orta məktəbin tarix müəllimi Məhbub İsgəndərov su kəmərinin üzərindəki bulaqlarda qanunsuz qoşulmalar nəticəsində, sudan istifadə etmək mümkünsüz olduğunu İH-nin başçısı Faiq Qürbətov cənablarının diqqətinə catdırmağa calışıb. Məhbub müəllimin cıxışı zamanı, icra hakimiyyəti başçısının müavini Vəlihəddin Yunsurov onun sözünü kəsərək: "Su kəmərinin üstündəki bulağa müdaxilə ola bilməz, bu yalandı", deyərək öz əsəblərin gizlədə bilməyib. Məhbub müəllim, isə ona cavab olaraq:"Sən bu kənddə yaşamırsan, sən hardan bilirsən ki burada nələr baş verir. Sənin ümumiyyətlə mənimlə danışmağa mənəvi haqqın yoxdur, cünki sən orduda xidmətdən yayınaraq, vergi idarəsində işləyərək fərarilik etmisən". Kənd sakini, Faiq Rüstəmov, "Azərsu"ASC-nin məsul əməkdaşına irad tutub ki, əsas kücələr qoyulan bulaqların sayı çox azdır. Çalada isə camışlar ücün bulaq quraşdırırsız".

 Mən "Paralel" Media Qrupu adından, "Azərsu" ASC-nin əməkdaşı Vasif Əliyev cənablarına suallar ünvanladım: Vasif müəllim siz deyirsiz ki, "Azərsu" ASC-nin daxili imkanları hesabına yarımcıq qalan layihənin icrasını davam etdirirsiniz. Dövlət tərəfindən ayrılan vəsait kəndin bütün ərazisinə su xətlərinin çəkilməsini əhatə etməli idi. Bu vəsait necə xərclənib? Nəyə görə kəndin mərkəzi küçələrinə su xətti çəkilmir? Ümumi istifadədə olan suyun xərcini kim ödəyir? Su xətti üzərindəki bulaqlara qanunsuz qoşulanlar Biləsuvar rayon su-kanal idarəsinin müdiri Zaur Məmmədova məlumdur və onlara bu şəraiti özü yaradıb. Xahiş edirəm bu məsələlərə aydınlıq gətirəsiniz. "Azərsu" ASC-nin məsul işçisi Vasif  Əliyev, suallarıma cavab vermədi, əlini yelləyib, bahalı maşını ilə "məclisi" tərk etdi. Ona görə də sadaladığım bu nöqsanların səbəbi araşdırılmalı və aidiyyatı qurumlar buna hüquqi qiymət verməlidirlər. Bu da heç şübhəsiz ki, Ali dövlət orqanlarının bilavasitə borcudur.  Biz də öz borcumuzu yerinə yetirdik və bu nöqsanları düqqətinizə çatdırdıq! Əks təqdirdə, iqtisadi əxlaq problemlərinin daha ağır fəsadları ilə üz-üzə qalacağımız qaçılmazdır.

 Əlizadə Nəhmədağaoğlu

 

0.037896871566772