Quranın möcüzəli ayələri

Quranın möcüzəli ayələri
 

İxləs surəsi bütöv halda vəhy edilən ilk surələrdən biridir

 (Əvvəli ötən sayımızda)

 "Cinləri Allah yaratdığı halda, (kafir cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğul qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) yüksəkdə durur. Allahın necə övladı ola bilər ki, onun heç bir rəfiqəsi yoxdur. Hər şeyi o yaradıb" (Ənam, 100-101).

Əslində erkək dişilik acizlik möhtac olmanın ifadəsidir. Uca Allah hər şeyi cüt yaratmaqla göstərir ki, kainatda bir-birinə möhtac olan varlıqlar, o cümlədən, insanlar bir-birini yaratmaqda acizdirlər. Erkək dişilikdən uzaq olan Allah buyurur: "Biz hər şeydən (erkək dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə bir düşünüb ibrət alasınız!" (Zəriyyət, 49).

Göründüyü kimi, ayədəki ibrət alınası məqamlardan biri , insanın erkək dişi yaradılmasını önə çəkib, bəşərin acizliyini göstərməkdir.

Haşiyə: Bütpərəstlər "Zevs, Avqust, Prometey" b., yəhudilər "Üzeyir", xristianlar "Məsih", kafir cahillər "cinlərdən olan bəzi erkək dişilər" Allahın oğul qızlarıdır deməklə, həmin tarixi mifik şəxsləri, doğrudan da Allahın övladları hesab edib, onları Allaha şərik qoşurdular. Yaradılan hər bir varlığın, o cümlədən, insanın zəif, aciz, möhtac fani olduğunu onə çəkən həz. Əli isə, Allah-insan münasibətlərindəki maddi mənəvi əlaqəni belə səciyyələndirib: «Onu vəsf etmək istəyən Onu başqa birisi ilə bərabər tutmuş olur. Başqasını Ona bərabər sayan ikiliyə düşmüş olur. İkiliyə düşən Onun bölünə biləcəyinə nail olandır.

O yaradılmayıb, var olandır. Yoxdan var olmadan mövcuddur. Hər şeylə bərabər deyil. Hər şeydən qeyridir. Heç bir Varlığa möhtac deyil, birdir. Düşünür fikir etmədən. Hər şeydə bir istedad təbiət yaratdı. O, hər şeyin gizli açıq tərəfini biləndir. Azaltmaq, verməmək Onun nemətini çoxaltmaz; vermək səxavət göstərmək isə xeyirini, lütfün azaltmaz. Çünki Ondan başqa hər verənin neməti azalar Ondan başqa hər verməyən pislikdə qalar. Nemətləri bəndələrə bağışlayan Odur, nemətlərin faydalarıyla onları faydalandıran Odur. Xalq onun övladı sayılır... Elə bir əvvəldir ki, Ondan öncə heç bir varlıq yoxdur; elə bir axırdır ki, Ondan sonra heç bir varlıq yoxdur.

 "Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur!".

 Yəni şərəf dəyər baxımından da Ona mane Ona bərabər ola biləcək iqtidarında heç bir mövcudat yoxdur. Onun zatı, ismi sifətləri, fellərinin heç bir yoldaşı, şəriki olmadığı kimi, elə bir varlıq da yoxdur ki, Ona müxalif olsun. Zira mütləq hakim xaliq Odur. bu mütləqlik əzəldə olduğu kimi, əbəddə var. Yaradan O olduğu üçün, hər yaradılan da keçici müvəqqətidir. Bütün kainat onun içindəkilərinin ağlasığmaz cəmləri , Ona bərabər Ona tay ola bilməz. Çünki bütün mövcudat yox ikən, O var idi. onları da O yaratdı O var etdi. necə var etdi.

Buxari (e.ə.870) İxləs surəsinin təfsirində yazıb: "Allahu-Təala belə buyurub: "Adəm oğlu mənə inanmadı. Halbuki buna onun haqqı yox idi. O: "Allah məni yaratdığı kimi, təkrar dirildə biməyəcəkdir" deməklə, mənə inanmadı. Ey qafil insan! Məgər yoxdan yaradan təkrar yarada bilməzmi? təkrar yaratmaq yoxdan yaratmaqdan çətindirmi?". Məni təhqir etməsinə gəlincə, o, "Allah özünə övlad götürdü" dedi. Lakin Mən Təkəm. Samədəm, övlad götürməyən, doğub, doğulmayanam". Ümumiyyətlə, ən kamil bəşər qələmi belə Allahın zat sifətlərinə tərif vermədə acizdir. Elə həmin səbəbdən, Rəbb, zat sifətləri barədə mütləq bilgini Özü verib ki, insanlar şirkə uymasınlar. Məgər gecə qaranlığında işıq saçan böcəyin şüası ilə Günəşin nuru eynidirmi?

 İxləs surəsinin fəzilətləri

 "Peyğəmbər (ə) bu surənin Quranın üçdə birinə bərabər olduğunu xəbər verib. Onun "Bir gecədə Quranın üçdə birini oxuya bilərsinizmi" sualına, səhabə tərəddüd etdi. Bu zaman Allahın Rəsulu dedi: "Əgər bir kimsə "Qul huvəlləhu Əhad" surəsini oxusa, bu, Quranın üçdə birini oxumağa bərabər olar". Peyğəmbər (ə)-nin bu kəlamını təfsirçilər din alimləri iki istiqamətdə açıqlayıblar: Bir qisim alimlər hesab ediblər ki, "Surənin Quranın üçdə birinə bərabər olması" Peyğəmbər (ə) savab baxımından deyil, məna baxımından deyib. Çünki Qurandakı ayələr üçdür: a) Allahın birliyini göstərən ayələr - Təvhid, b) Əmr, qadağa, ibadətlərə aid ayələr, v) Qissə, elm tarixə aid ayələr. İxləs, bu üç qrupdan birini, yəni Allahın birliyini, Onun Zat sifətlərini xarakterizə edən surə olduğu üçün, o, Quranın üçdə birinə bərabərdir. Digər alimlər isə bunu savab baxımından qəbul ediblər.

Qeyd edək ki, İslam aləmində Quran surələrinin birinin digərindən daha fəzilətli olmasını qəbul etməyən inkarçılar da olub. Lakin sonralar onlar həz. Peyğəmbərin bu barədə dediyi çoxsaylı kəlamları qarşısında fıkirlərini dəyişiblər. Doğrudan da, əgər İxləs surəsindəki ana xətt Əhadiyyət, Samədiyyət Vəhdaniyyət sifətlərini ehtiva edirsə, Təbbət bəzi surələrdə həmin sifətlər önə çəkilməyib. Əhatə etdiyi məsələlərin möhtəşəmliyini çox yığcam şəkildə ifadə edən İxləs surəsinin namaz surələrindən olması da təsadüfi deyil. Ümumiyyətlə, Allahın zat sifətlərini bəyan edən, Onun əzəmət cəlalına həsr olunan ayələr, digər ayələrdən daha fəzilətlidir. Məgər Quran da daxil olmaqla, bütün səmavi kitabların xülasəsini özündə ehtiva edən Fətiha surəsini başqa ayə surələrlə müqayisə etmək olarmı?

Qurani-Kərimin bəzi, xüsusilə Fətiha, İxləs, Yəsin, Cümə, Rahmən, Rad, Dəhr, Tövbə, Nəhl surələrini Bəqəra surəsinin 255-ci ayəsini (ayətül kürsi) savab baxımından tez-tez oxunması Peyğəmbər (ə)-nin göstərişilə əlaqəlidir. Məsələn, ağır xəstənin, can verən adamın yanında, yaxud qəbir üstündə Yəsin oxunur. Bu surə barədə Peyğəmbər (ə) buyurub: "Yanında Yəsin oxunan xəstə sudan doyub vəfat edər sudan doyub qəbir evinə gedər (Can verən insan susuzluqdan əziyyət çəkər)".

İslam alimləri Yəsin oxunmasının bir neçə faydasını qeyd ediblər: 1. Bu zaman ac tox olar, yəni gözlənilməyən yerdən ruzi gələr. 2.Susuzluq aradan qalxar. 3. Əcəli çatan xəstə ölüm acısını duymaz. 4. Əcəli çatmayan xəstə şəfa tapar. 5. Can verən xəstəyə Cənnət mələkləri görünər. 6.İnsanın qorxusu, səksəkəsi aradan qalxar. 7. Qərib adam özünə həyan tapar.

Rad surəsi oxunduqda ruhun bədəndən çıxması asanlaşar. Rahmən surəsi insana təsəlli, Ayətül kürsi əmin- amanlıq səlamatlıq bəxş edər s. i. İxləs surəsi barədə isə Peyğəmbər (ə) buyurub: "Kim ölüm yatağında İxləs surəsini oxusa, qəbir əzabı çəkməz. O, qəbrin təzyiqindən əmin olar. Mələklər onu qanadları ilə aparıb, Sirat körpüsündan keçirərlər"; "Evə girərkən İxləs surəsini oxuyan adam, sıxıntı görməz"; "Namazda İxləs surəsini qiraət edin. O sizi Cənnətə aparar".

Özünün Əhad, Saməd digər ixləsli isimlərini bəndəsinə İxləs surəsində tanıdan Rəbb, yaratdığı bəşərə iman, elm iradə verib ki, o, ixləs sədaqəti ilə Rəbbin ləyaqətli xəlifəsi olsun. Fəqət, o da məlumdur ki, bu zirvəyə aparan yol qədər əziyyətli şərəflidirsə, həmin zirvədə bərqərar olmaq ondan şərəfli çətin bir işdir. Çətindir ona görə ki, ixləsini zirvədə qeyb edən insanların oradan yıxılması əksər hallarda həmin şəxslərin hətta bəzən bütöv bir xalqın mənəvi ölümü ilə nəticələnir. Əksinə, "düz yol"da gəzən insanların yıxılması isə onlar üçün elə bir problem yaratmaz. Əlbəttə, biz bu tezis ilə heç kəsi "düz yolda" yeriməyə təşviq etmirik. buna mənəvi haqqımız da yoxdur. Çünki Rəbbin möcüzəli əsəri olan insan, bu dünyaya mənəvi zirvələri fəth etmək üçün gəlib. Elə isə İxləs surəsinin nuru ilə Allahı razı salan zirvələri fəth edib, ixləslə orada bərqərar olmaq arzusu ilə.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.021717071533203