300 minlik müqavilədə vergi saxtakarlığı - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı

300 minlik müqavilədə vergi saxtakarlığı - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
 

“Bakı Metropoliteni" QSC-nin mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğun satın alınması üzrə elan etdiyi tendering qalibi “Bakı Yastıq Zavodu” ASC olub. 

HİT.Az xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri 272 580 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Bakı Yastıq Zavodu” ASC 16 iyul 2004-cü ildə qeydiyyata alınıb. ASC-nin nizamnamə kapitalı  253 922 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, ev 31-də yerləşən şirkətin qanuni təmsilçisi Əhmədov İmam Baba oğludur. 

Açıq mənbələrdə “Bakı Yastıq Zavodu” ASC barəsində məlumatlar məhduddur. Baxmayaraq ki, şirkət 16 ildir fəaliyyət göstərir. Şirkətin hazırda 8008.85 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanuna görə, vergi borcu olan şirkətlər tenderlərə qatıla bilməz. Bəzi iddialara görə, ASC-nin rəhbərliyi tenderdə iştirak üçün vergi borcu olmadığı barədə saxta arayış təqdim edib. 

“Bakı Yastıq Zavodu” İmam Əhmədova gəlincə, onun adı məhkəmə işində keçir. Məlum olur ki, Loğman Bəşirov adlı vətəndaş onu əmlak üzərində mülkiyyət hüququnun tanınması və zərərin ödənilməsi, saxta sənədləşdirmə yolu ilə əmlak və nəğd vəsaitin mənimsənilməsi iddiası ilə məhkəməyə verib. 

0.018359899520874