Müşviq Rəhimovun "çiçəklənən" biznesi: Nömrə biznesindən milyonlar qazanan məmura yeni vəzifə verildi

Müşviq Rəhimovun
 

Lənkəranda dəyəri milyonlarla ölçülən böyük hotel-restoran kompleksi tikdirən Müşviq Rəhimov biznes şəbəkəsini daha da genişləndirmək qərarına gəldiyi barədə 7news.az saytının redaksiyasına məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Aşağı Nüvədi qəsəbəsinin Xəzər dənizinə birləşən hissəsində inşa edilən «Xəzər Palase» otelinin yanında Rəhimov yeni torpaq sahəsi alıb. 150 min manata alınan torpaq sahəsində əyləncə mərkəzi tikilməyi planlaşdırılır. Deyilənə görə həmin torpaq sahəsi əvvəllər Rəhimovun babasının olub.

Verilən məlumatda deyilir ki, rayon sakinləri arasında gəzən söz- söhbətə görə Rəhimovun əyləncə kompleksinin şəriki BDYPİ-nin rəisi general mayor Ramiz Zeynalovdur.

Qeyd edək ki, bir müddət öncə media da yayılan məlumatlarda Müşviq Rəhimovun Lənkəran ərazisində«Xəzər Palase»adlı ilk hotel-restoran tikdirdiyi bildirilirdi. BDYPİ-nin şöbə rəisinin bu qədər imkana sahib olması isə gizli məsələ deyil. Çünki ölkə üzrə bütün dövlət nömrə nişanlarının satışı məhz Rəhimovun əlindədir.

Müşfiq Rəhimov rəhbərlik etdiyi şöbədə əsasən dövlət nömrə nişanlarının satışı ilə məşğul olur. Dövlət rüsumu 18 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 18-20 min manat dəyərindədir. Hətta mətbuatda yazılanlara görə Rəhimovun "siyahısında" 100 min manat dəyərində də nömrələr var.

Eyni zamanda, Müşfiq Rəhimov zamanında öz vəzifə səlahiyyətlərindən istifadə edərək nömrə satışından milyonlar qaazanıb. Mənbənin 7news.az-a açıqladığı iddiasına görə, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın və onun bir sözün iki etməyənlər bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə.

Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girə bilmir. Elə qapıdaca Aydın adlı köməkçi özü vətəndaşa yaxınlaşıb, onunla məsələni həll edir . Rəhimovun siyahısında ən bahalı nömrələr OO,TT, BB, və EE seriyaları ilə başlayanlardır. Cənab Rəhimov bu nömrələri almaq istəyənlərin qulluğunda şəxsən özü durur.

Qeyd edim ki, cüt seriyalı və cüt rəqəmli nömrələrin qiymətlərinə yaxın düşüləsi deyil. Məsələn, 99-999 dövlət nömrə nişanı fərqli seriyalarla istənilərsə qiymət 15 – 20 min manatdan başlayır. Əgər seriyanın cüt olmasını istəyirlərsə, o zaman qiymət 150 min manata qədər yüksələ bilər. Yəni Müşviq müəllim xırda işlərə vaxtını sərf etmir.

Əlbəttə, belə vəziyyət Azərbaycan polisi haqda xoşagələn hal deyil. Dövlətin onurğa sütunu olan polis sistemində belə halların mövcudluğu bütövlükdə daxili siyasətin konturlarına qarşı getmək deməkdir. Əfsuslar olsun ki, hələ də DİN rəhbərinin imicinə, reputasiyasına, iş prinsiplərinə, idarəçilik modelinə zidd olan bir fəaliyyətin mövcudluğu müəmma olaraq qalır.

Bütün bu özbaşınalıqlardan, qanunsuzluqlardan sonra Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib. Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin "Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.


Mənbə 7news.az

0.018644094467163