Vətən müharibəsi qazisidən Kəlbəcərin icra başçısı Azər Qocayevə İTTİHAM: "Məni işimə bərpa etmirlər"

Vətən müharibəsi qazisidən Kəlbəcərin icra başçısı Azər Qocayevə İTTİHAM:
 

Vətən müharibəsi qazisi Süleymanov Rüstəm Fazil oğlu Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehtiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyevanın əlbir olaraq, onun işinə bərpa olunmasına maneə törətdiklərini iddia edib.

Yeniavaz.com 
xəbər verir ki, qazi, bununla bağlı videomüraciət yayımlayıb.

Rüstəm Süleymanov bildirib ki, xəstəxanada daha əvvəllər işlədiyi yer boş olsa da, onu işə qəbul etmirlər:  “Vətən müharibəsi qazisiyəm. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə müraciət etmək istəyirəm. Mənim Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında işlədiyim iş yeri boşdur.

Без названия

Mən dəfələrlə xəstəxananın baş direktoru Səadət Əliyevanın yanına gedib müraciət etsəm də, məni işimə bərpa etməyib. Bu haqda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısına da demişəm. Onun müavini Eldənizə(Mehtiyev) də demişəm. Bunlar da mənim işimə baxmayıblar.

Çünki bunların üçü bir mafiyadır. İcra başçısı Azər Qocayev, onun müavini Eldəniz Mehtiyev və Kəlbəcər Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyeva, bu üçü bir mafiyadır. Burada bir mafiya yaradıblar. Şəhid ailələrinə, qazilərə, qazilərin valideynlərinə hörmətsizlik edirlər. Azər Qocayev dəfələrlə qazini, qazinin atasını kabinetindən qovub.

Xahiş edirəm onların haqqında tədbir görəsiniz. Nəyə görə qazini işinə bərpa etmirlər, amma başqa namizədlər axtarırlar? Xəstəxananın baş direktoru dəfələrlə icra hakimiyyəti tərəfindən təzyiqə məruz qalıb. Ancaq icra hakimiyyətindən təyin olunan insanı işə götürürlər. Nəyə görə?”.

Qeyd edək ki, 2020-ci ilin mayın 13-də  Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 

Azər Bəhlul oğlu Qocayev 1985-ci il sentyabrın 7-də Sumqayıt şəhərinədə anadan olub. 1992-2003 illərdə Sumqayıt 31 saylı orta məktəbdə orta təhsil alıb.

Elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsinə daxil olub. 2007-ci ildə həmin Universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

2009-cu ildə “Bakı Elektrikşəbəkə ASC”-də, 2010-cu ildə “Azərenerji” ASC-nin Sumqayıt ES-də mühəndis vəzifəsində çalışıb.

2012-ci ildə “Sumqayıt REŞ” MMC-də mühəndis işləyib.

2015-ci ildə “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb.

2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, iki övladı var.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Yeniavaz.com

0.017138004302979