Dosent İlham Əhmədov: "Rektorlar Şurasının varlığı hiss edilmir"
Bildiyiniz kimi bu yaxınlarda, AzTU T.C.-nin tanınmış bir professorunu elm və innovasiyalar üzrə prorektor vəzifəsinə dəvət etmişdir. Mən bu addımı dəstəkləyirəm. Amma bəzi həmkarlarım fərqli düşünürlər. Bu səbəbdən məsələyə öz fikrimi bildirmək istəyirdim.
25- 30 il əvvəl türk universitetləri yüzlərlə azərbaycanlı alimləri öz universitetlərinə işə dəvət etdilər. Az vaxtda bu universitetlərdə fizika, riyaziyyat, kimya v.s. fənlərin tədrisi xeyli yüksəldi, bu sahələr üzrə doktorantlara rəhbərlik edildi, həmən universitetlər tədricən inkişaf etdilər. İndi türk universitetləti hər sahədə bizim universitetlərdən 10-20 il irəlidədir. Bu müddətdə bizim yerli universitetlər də xeyli tənəzzülə uğradı.
Bu gün universitetlərimizin rəhbərliyində olanların çox az qismi bilir ki, müasir universitet nədir, necə qurulmalıdır, boloniya ptosesinin xüsusiyyətləri nədən ibarətdir, ali təhsili necə rəqəmsallaşdırmaq olar, distant təhsili universitetdə necə yaratmaq olar v.s. Rektor və prorektorlarımızın bu məsələlərə dair müasir bilgiləri azdır, müşavirləri çox vaxt onlara yeni ideyalar, layihələr təklif edə bilmirlər. Ölkədə hətta ali təhsilin problemlərinə dair bir jurnal belə dərc edilmir, bu problemləri araşdıran elmi metodik mərkəzlər yoxdur. Rektorlar Şurasının varlığı heç hiss edilmir. Bu vəziyyətdə xaricdən, xüsusən də TC-dən ekspertlərin universitetlərə müşavir ya prorektor qismində dəvət edilməsi çox yaxşı variantdır. Hər universitetə istiqamətlər üzrə 3-4 müşavir dəvət edilə bilər. Bir şərtlə ki, onarın təklif etdiyi layihələri reallaşdırmaq üçün lazımi maliyyə də ayrılsın. Əğər bu layihələr maliyyələşməsə, ekspertlər burda heç nə edə bilməzlər. Müqayisə üçün vaxtı ılə ölkəmizdə keyfiyyətli tədris prosesi qurmuş "Qafqaz universiteti"nin fəaliyyərini yada salmanız yetərlidir.
Eyni ilə də TN- ə də TC-dən istiqamətlər üzrə 5-6 nəfər ekspert dəvət edilməlidir. Çünki, TN-də vəziyyət universitetlərdən də ağırdır. Mən bu təklifi hələ 2-3 il əvvəl öz məqaləmdə vermişdim.
Şahnaz Salehqızı