"Qaçqınkom" liftlərə texniki xidmətin göstərilməsi üçün 134 min manat xərcləyəcək

 

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Mənzil İstismar Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Real-3” Müəssisəsi (VÖEN-1600222181) olub.


“Qaçqınkom” 172 ədəd liftə texniki xidmətin göstərilməsi üçün “Real-3” Müəssisəsilə 133 min 712 manat 80 qəpik dəyərində müqavilə bağlayıb.

Məlumat üçün bildirək ki, “Real-3” Müəssisəsi – 26.12.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Müəssisə “Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, ev 16, m. 6” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Murad Fikrət oğludur. 

Məlumat üçün bildirək ki, “Real-3” Müəssisəsi vaxtı ilə fövqaladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq” MMC ilə birgə Qəbələ rayonunda Azərbaycanda lift istehsalı üzrə yeganə müəssisə hesab edilən “Gilan lift zavodu”nu təsis edib.

0.021029949188232