BNA direktoru Vüsal Kərimli vəzifəsindən qovulmalıdır - ETİRAZ

BNA direktoru Vüsal Kərimli vəzifəsindən qovulmalıdır - ETİRAZ
 


Bakı Nəqliyyat Agentliyinin (BNA) direktoru Vüsal Kərimli tutduğu vəzifədən azad edilməli və məsuliyyətə cəlb olunmalıdır. Buna səbəb qurumun cinayətkar, talançı və səmərəsiz fəaliyyətidir.
Xatırladaq ki, 2015-ci ilin dekabrında ölkə başçısı Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.


Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub. Eyni fərmanla Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti də BNA-nın tabeliyinə verilib.
Bundan bir qədər sonra Vüsal Kərimli BNA baş direktoru təyin olunub.
Əslində Bakının nəqliyyat sistemindəki çoxsaylı problemləri aradan qaldıracağına dair böyük gözləntilərə yol açan BNA-ya Vüsal Kərimlinin təyinatı bir çoxlarında təəccübə səbəb oldu.
O, daha əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb. Bununla belə, bir sıra ekspertlər Agentliyin ötən bir illik fəaliyyətinin uğursuz olmasını V.Kərimlinin təcrübəsizliyinə bağlayırlar. Yarandığı vaxtdan bəri külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, Bakının nəqliyyat sistemində nəinki müsbət dəyişikliklər müşahidə edilib, hətta ənənəvi problemlər bir az da dərinləşib. Məsələn, BNA-nın tərkibinə verilən NİİM-in işi daha da iflic vəziyyətə düşüb və demək olar, hiss edilmir.
Hətta paytaxtda sərnişindaşımanın müasir standartlara uyğunlaşdırılmasının başlanğıcı kimi dəyərləndirilən “BakıBus”un fəaliyyəti ilə bağlı da son vaxtlar narazılıqlar həddini aşıb. Söhbət xüsusilə “BakıBus” avtobuslarının da hərəkət qrafikindəki nöqsanların müşahidə olunmasından gedir.
Bir sözlə, artıq bəzi hökumət çevrələrində də BNA-nın ötən altı ildə gözləntiləri doğrultmadığına dair qənaətlər güclənib. Buna görə də böyük ümidlərlə yaradılan qurumun fəaliyyətini canlandırmaq, Bakının nəqliyyat sistemindəki problemlərin real və köklü həllinə nail olmaq üçün Vüsal Kərimlinin vəzifədən azad olunması və cəzalandırılması planlanır. Qarşıdakı aylarda bu barədə rəsmi qərar açıqlansa, heç kim təəccüblənməyəcək.
“BNA şəxsi avtomobil sahiblərini soymaqla məşğuldur. Bakı şəhərində avtomobillərin parklanma yerləri həddindən çox azdır. Buna baxmayaraq, BNA rəhbərliyi avtomobillərin şəkilini kütləvi şəkildə çəkib 20 və 40 manat cərimə yazıb, heç bir əsası olmadan avtomobil sahibi olan  insanlara soyğun mesajları göndərir”
 “Paralel.az” xəbər verir ki, bu barədə Qarabağ müharibə veteranı Tapdıq Abbas  mediaya açıqlama verib. O qeyd edib ki,  09 mayda Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Günəş petrol”a yaxın ərazidə, avtobus işləməyən gün maşınımı dayanacaqda saxlayıb, qəza işqlarını yandırıb, aptekə daxil oldum, dərman alıb, bir neçə dəqiqə sonra ərazini tərk etmişəm və mənə 40 manat cərimə gəlib!
Qarabağ müharibə veteranı iki gün sonra qarşılaşdığı cərimə barədə təəccüblə bildirib: “Mayın 12-də saat 15-30-da metronun “Elmlər akademiyası” stansiyasında duracaqda dayanan maşınlar arasında avtomobilimi saxlayıb, 5 dəqiqə ərzində telefon mağasına baxıb maşına qayıtmışam və bir az keçməmiş telefonuma BNA 20 manat cərimə mesaj göndərib! Bu  halı yalnız BNA direktoru Vüsal Kərimlinin əhalini soymağa girişməsilə bağlamaq olar”!
Qeyd edək ki, əhalinin kütləvi etirazları BNA-nın fəaliyyətində çox ciddi nöqsanların və cinayət hallarının olduğunu təsdiq edir.
Görünür, ölkə Prezidenti BNA direktoru Vüsal Kərimlini qəbul edərkən ona verdiyi tapşırıqları və göstərişləri unudub.
Eyni zamanda onu da qeyd edək ki, BNA direktoru Vüsal Kərimlinin külli miqdarda dövlət pullarını mənimsəmək hesabına xaricdə və ölkə daxilində fəaliyyət göstərən çoxsaylı milyonçu şirkətləri barədə beynəlxalq və ölkə mətbuatında gedən yazılar təsadüfən meydana çıxmır.
Bu barədə araşdırma yazımızı yaxın zamanda oxuculara təqdim edəcəyik. Bizi izləyin.

P.S. Yazıda adı çəkilən şəxsin mövqeyini dinləməyə hazırıq.

Murtuza

0.020966053009033