Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Şuşaya gedir - VİDEO

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Şuşaya gedir - VİDEO
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Xarı bülbül” musiqi festivalında iştirak edəcəklər.

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezident İlham Əliyev bildirib.

İ.Əliyev qeyd edib ki, Şuşada “Xarı bülbül” musiqi festivalı keçiriləcək: “Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada “Xarı bülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik.

Necə ki, Cıdır düzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına. Yaşasın Azərbaycan”.

Qeyd edək ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

 

0.017566919326782