Qorxmaz Hüseynovu bitirən -VİDEO

Qorxmaz Hüseynovu bitirən -VİDEO
 

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Prezident İlham Əliyev sərəncam imzalayaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qoxmaz Hüseynovu vəzifəsindən azad edib. 

Paralel.az xəbər verir ki, Qorxmaz Hüseynovun sədri olduğu müddətdə “Azərsu” ASC-nin fəaliyyətindəki nöqsalarla bağlı dəfələrlə mətbuatda şikayət yazıları işıqlandırılıb. Əsasən də Bakıətrafı kəndlərdə su problemlərinin həll edilməməsi bu qurumu daha çox gözdən salıb. 

Bu ilin fevral ayında isə bloger Mehman Hüseynovun Türkan qəsəbəsində “Azərsu” prezidenti Qorxmaz Hüseynova aid olduğu iddia edilən dəbdəbəli villa haqqında süjet hazırlaması insanların təəccübünə səbəb oldu. 

Bloger Mehman Hüseynov bildirib ki, bura prezident İlham Əliyevin 10 il əvvəl “Azərsu”ASC-yə təyin etdiyi Qormaz Hüseynovun Bakının Türkan qəsəbəsindəki villasıdır. Villa hər tərəfdən hündür hasarlarla əhatə olunub. Xəzər dənizinin sahilində yerləşən villanın ərazisi isə 5 hektardır. Şəxsi çimərliyi belə olan malikanədə yaxtalar üçün liman da mövcuddur. 

O da bildirilib ki, Q.Hüseynov həm burda, həm də Nərimanov rayonundakı villasında Yaponiyadan gətirdiyi itlər saxlayır. Onlara hətta təlimçilər də tutub. Bununla da suyun qiymətini 100 faiz qaldıran Q.Hüseynovun dövlətin pulunu hara xərclədiyinin insanlar bir daha şahidi olublar. 

Bildirilir ki, həmin görüntülər “yuxarılarda” da müzakirələrə səbəb olub. Elə aradan iki ay ötən kimi Qorxmaz Hüseynovun yola salınması heç də təsadüfi deyil. 

Daha ətraflı Mehman Hüseynovun çəkdiyi süjetdə:

0.035465955734253