Nazir Sahil Babayevin xalqımızın əleyhinə yönəldilən əməlləri onun "başını yeyəcək"

Nazir Sahil Babayevin xalqımızın əleyhinə yönəldilən əməlləri onun
 

Qanı qatışıq nazir xalqımızdan ermənilərin intiqamını alır?

 

120 000 nəfərin pensiyasını dayandırmaqla, 120 000 ailənin ocağını, çırağını söndürüb

 

Bu yazını ərsəyə gətirməyə zərurət yaradan nazir deməyə dilim gəlməyən Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin ölkədə bilərəkdən yaratdığı sosial gərginlikldir.

O bu gün ailələrin ocağını, çırağını söndürür, pensiyaları ya tamamilə dayandırır, ya da tən yarısını azaldır. Dövlət büdcəsinə qənaət adı ilə özünü prezidentə sədaqətli göstərir, lakin bununla yanaşı narazıların sayını artıraraq prezidentlə xalq arasında dərin uçurum yaradır, xalqımızdan erməni qohumlarının intiqamını alır.

Sahil Babayev anlamalıdır ki, təqaüdçü aldığı cuzi pensiya ilə həm ev kirayəsi verir, həm uşağını oxudur, həm də gününü, güzəranını qurur. Bəs gözünü pensiyaya dikən ailə pensiya kəsiləndə nə etməlidir?

Bax, bu səbəbdən də yeraltı, yerüstü sərvətlərlə zəngin ölkəmizdə gündən günə intiharların sayı artır, mərkəzi prospektlərdə, parklarda, xiyabanlarda dilənçi əlindən tərpənmək olmur.

Dediklərimizin ən böyün günhakarı rəhbərlik etdiyi nazirliyə öz obyekti kimi baxan, əhalinin sosial müdafiə naziri olaraq millətə, xüsusən də pensiyaçılara qayğı, diqqət göstərmək əvəzinə düşmənçilik edən, qan udduran yüksək vəzifəli dövlət mamırı Sahil Babayevdir.

Nümunə üçün qeyd etmək yerinə düşər ki, son günlər narazı kütlənin “Sahil” və “28 May” metrostansiyalarının ətrafında keçirilən icazəsiz etiraz aksiyalarında da əsas müzakirə mövzusu Sahil Babayevin çirkin, qanunsuz əməlləri olmuşdur.

Bütün dünyanı, eləcə də məmləkətimizi də cənginə almış pandemiya təhlükəsi ilə əlaqədar dünyanın əksər ölkələrində yoxsulluğun dərinləşməməsi naminə işləməyən vətəndaşlara əlavə təzminatlar ödənilir.

Respublikamızda isə yoxsul təqaüdçülərin pensiyası dayandırılır. Təbii ki, bütün bunlar təəccüb təsiri bəxş edir.

Sahil Babayevin bu gün kimlərə və hansı orqanlara xidmət etməsi hələlik bəlli deyil, amma məlum olacaq və cavab verəcək.

Sahil Babayev dərindən düşünməlidir ki, bir vaxtlar Səlim Müslimov da “mənəm, mənəm” deyirdi, insanlara üçüncü sort kimi baxırdı, xalqın əleyhinə konsepsiyalar işləyib hazırlayırdı. Onun son aqibəti, Sahil Babayev, sənə tarixi ibrət dərsi olmalıdır və sən bilməlisən ki, eyni aqibət səni də gözləyir.

Son günlər sosial şəbəkələrdə yayınlanan nazirliklərin, komitələrin birləşdirilməsi informasiyası nəzəri cəlb edir.

Bildirilir ki, guya Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi birləşdirilir, nazir isə Sahil babayevin təyin olunacağı gözlənilir.

Gözləmək olar. Birincisi ona görə ki, dırnaqarası nazir Sahil Babayev yetimlərin, yoxsulların, anadangəlmə əlillərin, zəlillərin pensiyası hesabına büdcəni doldurmuşdur, ikincisi isə nənəsi ermənidir. Məhz bütün bunlara görə də informasiya həqiqəti əks etdirə bilər.

Hamımıza bəllidri ki, onun qanunsuz əməlləri ölkədə çox kəskin sosial gərginlik yaradıb, yəqin ki, son sözü ölkə başçımız, cənab İlham Əliyev deyəcək.

Cənab nazir, sən əgər dövlət səviyyəsində cəzalandırılmasan, Allahın qəzəbinə tuş gələcəksən, bu mütləqdir!

Onun əməlləri ilə bağlı silsilə yazılar O islah olunana qədər davam edəcək.

 

V.Əzizov

Təqaüdçü

0.019742012023926