Salyan rayonun icra başçısı Şorsulu kəndindəki abidənin yerini satıb?
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun Şorsulu kəndi ərazisində yerləşən 1941-1945-ci illərin Böyük Vətən Müharibəsi şəhidlərinin abidəsini sataraq qazanc əldə etməsi barədə bir çox mediada məlumatlar yayılıb.
Yayılan məlumatlarda qeyd edilir ki, Saylan rayonunun Şorsulu kəndində yerləşən abidənin ətrafı dağıdılaraq, obyekt yeri kimi yüksək çinli məmura baha qiymətə satılıb.
Mediada yayılan məlumatda iddia edilir ki, Salyan rayonunun icra başçısı Sevindik Hətəmov abidənin ətrafında yerləşən sərnişin dayanacağını belə yerli-dibli dağıtdıraraq, həmin obyekt sahibinə verib.
Məlumatlarda qeyd edilir ki, Sevindik Hətəmov Salyan rayonunu şəxsi obyekti kimi istifadə edir və istədiyi abidəni həmçinin tarixi yerləri dağıtdıraraq həmin ərazini satılığa çıxarır. Çox güman ki, həmin ərazini icra başçısı, bələdiyyə sədri və icra nümayəndəsinin əli ilə satıb
Xatırladaq ki, məlumatı Səlyandan olan sosial şəbəkə istifadəçiləri yayıb.
Sizlərə təqdim edəcəyimiz şəkillər Salyan rayonu Şorsulu kəndinin ərazisində çəkilib:
Qarşı tərəf kimi yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.