Ülvi Quliyev də Gənclər və İdman naziri postuna iddialıdır?!
Deputat bu vəfizəyə təyinat almaq üçün yollar arayır, məsələnin onun xeyrinə həll olunmasından ötrü ölkə başçısına çıxış axtarır
Milli Məclisin deputatı, Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Azad Rəhimovun vəfatından sonra gənclər və idman naziri olmaq niyyətinə düşüb. Bu barədə Hurriyyet.az-a bilgiləndirən mənbənin sözlərinə görə, artıq deputatın yaxın çevrəsində olanların böyük əksəriyyətinin bundan xəbəri var.
Qeyd edək ki, 1966-cı ildə Bakı şəhərində anadan olan Ülvi Quliyev 1983-1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini, 1998-2002-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, 1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləyib. 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb.
Onu da nəzərinizə çatdıraq ki, Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən, 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib.
Beləliklə, Ülvi Quliyevlə bağlı kifayət qədər informasiyaya sahib olduğunu iddia edən məlumatlı şəxs əlavə edib ki, deputat gənclər və idman naziri vəzifəsinə təyinat almaq üçün yollar arayır, bu məsələnin onun xeyrinə həll olunmasından ötrü ölkə başçısına çıxış axtarır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə Hurriyyet.az