Bakıda marketdə çipsi əzib, video çəkən şəxs qovulan generalın oğlu olub? - VİDEO
Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.
Onu da qeyd edək ki, marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanlar saxlanılıb. Onlardan biri general oğludur.
Musavat.com xəbər verir ki, polis əməkdaşları həmin şəxsləri saxlayıb. Məlum olub ki, həmin şəxslər Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyevadır.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.
Musavat.com-un əldə etdiyi məlumata görə Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.
Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.