Eldar Mahmudovun oğluna məxsus "Kristal İnşaat" MMC ləğv olundu

Eldar Mahmudovun oğluna məxsus
 

"Kristal İnşaat" MMC ləğv olunduğunu elan edib.  FED.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər.

Ləğv edilmiş "Kristal İnşaat" MMC şirkəti Milli Təhlükəsizlik Nazirliyinin sabiq naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. "Kristal İnşaat" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.

Qeyd edək ki, bir müddət öncə media da yayılan məlumatlara görə, Anar Mahmudovun Bakıda birbaşa və dolayı sahibliyində və idarəçiliyində 20-dən çox yerli şirkət var. 

Mediada gedən məlumatlara görə, Anar Mahmudov Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi, “Wine City” adlı şərab butikləri daxildir. Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxil idi.

Həmçinin, media da yayılan məlumatlara görə, Anar Mahmudovun Londonda da yatırımları var. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londonda bir şirkətin - “Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir.

Anar Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu barədə mediada məlumatlar yazılırdı.

0.065997838973999