Alimpaşa Məmmədovun maralları Yeni Zelandiyadan gətirilib

Alimpaşa Məmmədovun maralları Yeni Zelandiyadan gətirilib
 

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Alimpaşa Məmmədovun üzə çıxan maral ferması ilə bağlı maraqlı faktlar məlum olub.

Paralel.az xəbər verir ki, keçmiş başçının fermasında saxlanılanlar xallı maral cinsinə aiddir.

Lent.az-ın redaksiyasına daxil olan məlumata görə, bu marallar Yeni Zelandiyadan gətirilib: "Göründüyü kimi cavan olduqları üçün buynuz da çıxarmayıblar. Bu marallar əsasən ovçuluq biznesi üçündür. Onlar xüsusi fermalar da yetişdirilir. Sabiq başçının ferması da bu tiplidi və bu məqsəd üçün yaradılıb", - deyə mənbə bildirib. 

Bir müddət öncə mediada yayılan məlumatda bildirilirdi ki, A.Məmmədov istəyini gerçəkləşdirmək üçün Çənlibel kəndi ərazində fermer təsərrüfatı yaradıb. Həmin təsərrüfata vaxtilə Çənlibel bələdiyyəsinin sədri olmuş Sabir adında şəxsi rəhbər təyin edib. Ən maraqlı məqamlardan biri də odur ki, başçı fermada bəslənəcək maralların yem təminatını yerli icra nümayəndəliklərinə və bələdiyyələrə həvalə edib. Şəmkirdə 48 bələdiyyə, 42 icra nümayəndəliyinə ildə maral fermasına 1000 manat civarında qeyri-rəsmi yardım göstərilməsi tapşırılıb. 

Təsərrüfat qısa müddətdə yaradılıb, ora marallar gətirilib. Maralların yeminin pulunu da 48 bələdiyyə və 42 icra nümayəndəliyindən artıq alıblar.

 
Onu da xatırladaq ki, Alimpaşa Məmmədov Şəmkir rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib və ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

0.016004085540771